Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4907/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X2, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında toplanmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon DYPŞ tərəfindən Şəxs barəsində 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, Şəxs sola dönmə əməliyyatını düzgün yerinə yetirməmiş və nəticədə onunla eyni istiqamətdə hərəkətdə olan velosiped ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlının “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı əsasında tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirilmişdir ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməmiş, qeyd olunan təqhiqatçı Araz Kazımlının “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, baş vermiş hadisə zamanı onun hər hansı bir təqsiri olmamışdır. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə dönmə işıqlarını yandıraraq dönmə əməliyyat etmək istəyən zaman yoxuş aşağı gələn velosiped, çox sürətləndiyindən onun idarə etdiyi avtomobili vurmuşdur. Odur ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlının “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ona təqdim olunmadığını, həmin qərar ona təqdim edilmədiyinə görə də həmin qərarı mübahisələndirə bilmədiyin, həmin hadisədə onun hər hansı günahının olmadığını, təhqiqatçı tərəfindən günahın onda olması barədə nəticəyə gəlməsi üçün heç bir sübuta istinad etmədiyini, qərəzli olaraq onun günahkar bilindiyini, velesopedi idarə X5 da günahın önun özündə olmasını bildirdiyini, bu səbəbdən də barəsində tərtib edilmiş protokolla razı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, hadisə günü anasına dərman almaq üçün velosiped ilə aptekə gedərkən yoxuş aşağı sürətlə gəldiyi üçün velosipedi saxlaya bilməyib, Şəxs idarə etdiyi “X7 Minik” avtomobilin sol ön hissəsinə dəymişdir. Avtomobilə çatmamış, velosipedi saxlamaq üçün əyləci basmış, lakin velosiped sürüşmüş, saxlaya bilməmişdir. Ona verilmiş suallara cavab olaraq qarşısndakı avtomobilin sola dönmək üçün işıqlarını yandırdığını və sola döndüyünü gördüyünü, lakin surətli gəldiyi üçün velosepedi saxlaya bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatları ilə əlaqəli şəkildə təhlil edərək müəyyən etmişdir ki, Bakı şəhər Binəqədi Rayon DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə kifayət qədər inzibati araşdırma aparılmamış və nəticədə işin halları tam və obyektiv araşdırılmadan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də, həmin protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən zəruri araşdırma aparılmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Lakin səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işin halları hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmamışdır. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilməli, şəxsin hadisənin qarşısını almağa imkanının olub-olubmaması, hadisənin onun törətdiyi qayda pozuntusu nəticəsində baş verib-verməməsi araşdırılmalı idi.Lakin səlahiyyətli orqan tərəfindən bununla bağlı heç bir eksperiza təyin edilmədən inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması, iş üzrə zəruri araşdırmanın aparılmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını məqsədə uyğun hesab edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Şəxs barəsində 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4907/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4907/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver