Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4907/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyü Yol patrul xidməti inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyü Yol patrul xidməti inspektoru polis baş serjantı X2 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən 18:35 radələrində yolayrıcı keçmə qaydasını pozduğu üçün digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə qarşı tərəfin hərbi avtomobilində maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Maddi zərər dəymiş həmin avtomobil Müdafiə Nazirliyinə məxsus olmuşdur. Hadisə Binəqədi rayonu, Xocasən dairəsində baş vermişdir. Eyni zamanda hadisənin video görüntüsü də mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, taksi sürücüsü işləyir, yol qəzası törətmişdir. 32 ildir ki avtomobil idarə edir, amma, sürücülük vəsiqəsi yoxdur. Hazırki vaxtadək bir dəfə də olsun qəza törətməmişdir. Həmin vaxtı təzyiqi qalxmış, ona görə də, bir anlıq özünü itirmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Özünü bu işdə günahkar hesab edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-nin 327.2, 332.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Belə ki, Şəxs “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinin (36, 37-İ-1, 75, 37-İ-6) tələblərini pozması nəticəsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcında ikinci dərəcəli yoldan dairəyə daxil olan zaman idarə etdiyi “Kia Rio minik” markalı 77EC667 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı A035 nömrəli avtomobil ilə toqquşmuş, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.1980-ci il təvəllüdlü Əlizadə Emin Vəkil oğlunun idarə etdiyi avtomobilə maddi zərər yetirilmişdir. Hadisə anının video-görüntüsünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, video-görüntü 7 saniyədən ibarətdir. Həmin videoda görünür ki, “Hyundai” markalı A035 nömrəli avtomobil dairəvi hərəkət təşkil edilmiş yolayrıcını keçən zaman “Kia Rio minik” markalı 77EC667 dövlət qeydiyyat nişanlı avtomobil ikinci dərəcəli yoldan dairəyə daxil olaraq Hyundai” markalı A035 nömrəli avtomobilə yol verməyərək həmin avtomobilin qarşısına çıxır və nəticədə toqquşma baş verir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:35-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Kia Rio minik” markalı 77EC667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dairəvi hərəkət təşkil edilmiş yolayrıcında ikinci dərəcəli yoldan dairəyə daxil olan zaman dairədə hərəkət edən “Hyundai” markalı A035 nömrəli avtomobilə yol verməyərək “Hyundai” markalı A035 nömrəli avtomobilə maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz etirafedici izahatı, hadisə anını əks etdirən video-görüntü və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə gəlir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hal, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4907/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4907/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver