Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4909/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28590265 nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28590265 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və vəsatət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Birincisi ona görə ki, inzibati xətaya dair iş üzrə qərardan şikayət verildikdə, həmin qərarın müəyyən və real olması vacibdir. Şikayətdə ləğv edilməsi xahiş edilən xx.xx.2025ci il tarixli qərarın isə mövcudluğu müəyyən olunmur. Şikayətin məzmununda fərqli qərardan bəhs edilir, şikayətə isə fərqli qərardan çıxarış əlavə edilmişdir. Halbuki, məhkəmə konkret hansı inzibati qərardan şikayət verildiyini dəqiq və şübhəsiz şəkildə müəyyən etməlidir. Bu, işin obyektiv və qanuni baxılmasının təməl şərtidir. İkincisi, hər bir inzibati iş üzrə inzibati xətanın hansı nəqliyyat vasitəsi ilə törədildiyi müəyyən edilməlidir. Hazırki şikayətin məzmunundan isə inzibati xətanın hansı nəqliyyat vasitəsi ilə törədildiyi qeyd olunmamış, şikayətə əlavə edilmiş fotogörüntüdə isə bir neçə müxtəlif markalı avtomobil əks olunmuş, lakin onların heç biri ilə bağlı konkret və fərqləndirici məlumat (nömrə nişanı, avtomobil markası və s.) qeyd edilməmişdir. Bu isə həmin fotoşəkilin inzibati xəta hadisəsinin sübutu və ya həmin inzibati qərarın hansı avtomobilə aid olduğunu təsdiq edən vasitə kimi hüquqi dəyərini istisna edir. Üçüncüsü isə şikayətə baxılmasının məhz Binəqədi Rayon Məhkəməsinə aidiyyətinin müəyyən edilməməsidir. Belə ki, şikayət verən şikayətin təsviri hissəsində öz yaşayış yerini Binəqədi rayonu ərazisi göstərərək bu məhkəməyə müraciət etsə də, lakin əlavə etdiyi şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, yaşadığı (qeydiyyatda olduğu) yer Xaçmaz rayonudur. Şikayət verən Binəqədi rayonunda yaşamasını təsdiq edən hər hansı sənədi şikayətinə əlavə etməməklə yanaşı, şikayətə məhz yaşadığı yer üzrə baxılması barədə vəsatət də təqdim etməmişdir. Qeyd olunanları ümumiləşdirsək, yuxarıdakı əsaslara görə hazırki şikayət geri qaytarılmalı və şikayət verənə izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla və zəruri sənədləri şikayətinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28590265 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Hakim Elçin Ağayev Hakim: Elçin Ağay
Məhkəmə qərarları › İş №3(001)-4909/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4909/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver