Məhkəmə qərarları › İş №3(001)-4911/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4911/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4911/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 iştiraklarıı ilə, X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X22 Xidməti tərəfindən inzibati qaydada cərimələnmişdir. X22 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətini müəssisənin əməkdaşı Ramin Musayev tərəfindən xx.xx.2024-cü il tarixdə DƏMX inzibati binasında almışlar (həmin Qərarın surətində tarix qeyd edilib). Qanunvericiliyə əsasən Qərardan şikayət verilmə müddəti buraxılmamışdır. Həmin Qərarda o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimələndiyi göstərilmişdir. Barəsində aparılan inzibati icraatdan xəbərsiz olmuş və tətbiq edilən cəriməni qanunsuz hesab edir. X22 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. X22 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarda göstərilib ki, Ruslan Həsənov, Əflatun Cəbrayılov və Füzuli Cəfərovu əmək müqaviləsi bağlamadan işlərə cəlb etmişdir. X2 xx.xx.2024-cü il tarixində müəssisəyə müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi ilə xitam verilmişdir. Müəssisədə sürücü işləmiş Ruslan Həsənovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla aralarında yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadı zonasında podratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən "xxxx" MMC ilə olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X7 xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi İlə xitam verilmişdir. Müəssisəmizdə sürücü işləmiş Əflatun Cəbrayılovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında podratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən "xxxx" MMC ilə olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X19 xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi ilə xitam verilmişdir. Müəssisəmizdə sürücü işləmiş Füzuli Cəfərovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında podratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən "xxxx" MMC ilə olan əmək münasibətlərinə son qoyulub. Podratçısı olduğu layihələr üzrə işçilərin Qarabağ iqtisadı zonasına buraxılması üçün icazələr sifarişçi müəssisə "xxxx" MMC tərəfindən həyata keçirilir və portala (yalnız həftada bir gün, həftənin 1-ci günü icazələr alınır, həftənin 3-cü günü isa portaldan lağv olunur) həmin müəssisə tərəfindən yerləşdirilir. xx.xx.2024-cü il tarixdə AzVirt MMC-yə Ruslan Həsənov, Əflatun Cəbrayılov və Füzuli Cəfərovun da adları olduğu siyahı göndərmiş və həmin şəxslərlə bağlı müvafiq icazə (portal) alınmasını xahiş etmişlər. Həmin müraciəti əlavədə təqdim edir. "xxxx" MMC-nin podratçısı olaraq Qarabağ iqtisadi zonasına buraxılış üçün portaldan şəxsən icazə almaları mümkün deyil. Əlavə sübut olaraq “AZAL” rəhbərliyinin Laçın rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi cənab Məsim Məmmədova ünvanladığı müraciətdə siyahıda onların müəssisəsunin işçilərinin də adı olduğu əraziyə buraxılma haqqında sənədi də təqdim edir. Əmək müqavilələrinə xitam verilən adları yuxarıda çəkilən şəxslərin icazə portalından adlarının ləğv edilməsi ilə bağlı "xxxx" MMCyə ünvanladığı müraciətləri də təqdim edir. Bütün bu məsələlərlə bağlı DƏMX-nə ətraflı məlumat vermək üçün şərait yaradılmayıb və barəsində aparılan inzibati icraatdan məlumatı olmayıb. Müəssisəyə yeni işə qəbul etdiyi hüquqşünas bu məsələlərlə bağlı onları məlumatlandırmasaydı bəlkədə cərimədən xəbərsiz olacaqdılar. Bu səbəbdən də X22 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayəti müdafiə edib bildirmişdir ki, direktoru olduğu "xxxx" MMC-nin barəsində hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata Bakı Apellyasiya məhkəməsinin qərarı ilə xitam verilmişdir. Eyni məsələ ilə bağlı vəzifəli şəxs qismində onun barəsində də tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. İşçinin işə cəlb edilməsi ilə bağlı bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş şəxslərlə qanuni formada əmək müqaviləsi bağlanmış və sonra əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin işçilərin Qarabağ İqtisadi zonasına girişi ilə əlaqədar elektron portalda bildirişi sifarişçi şirkət tərəfindən daxil edildiyini, podratçı şirkətin belə bir səlahiyyəti olmadığını qeyd etmişdir. Qeyd edilən şəxslərlə bağlı qanunsuz əmək münasibətlərinin olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X18 xx.xx.2024-cü il tarixində müəssisəyə müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi ilə xitam verilmişdir. Müəssisədə sürücü işləmiş Ruslan Həsənovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla aralarında yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadı zonasında podratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən "xxxx" MMC ilə olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X7 xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi İlə xitam verilmişdir. Müəssisəmizdə sürücü işləmiş Əflatun Cəbrayılovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında podratçısı olduğu layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən "xxxx" MMC ilə olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X19 xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Ə.M 68.2.a bəndi ilə xitam verilmişdir. Müəssisəmizdə sürücü işləmiş Füzuli Cəfərovun əmək müqaviləsinə xitam verildiyi gündən onunla yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qeyd edilən tarixlərdə işçilər işə götürüldüyünü və qeyd edilən tarixlərdə də işdən çıxarıldıqlarını bildirmişdir. Bakı Apelleyasiya Məhkəməsi tərəfindən qeyd edilən xüsusatların təsdiqini tapdığını bu səbəbdən də "xxxx" MMC-nin barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq qeyd edilən inzibati xəta hadisəsi elektron formada aşkar edildiyi üçün inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, elektron məlumatların sübut hesab edildiyini bildirmişdir. Özləri aşkar etmədiyi üçün protokolu elektron tərtib etmədiklərini bildirmişdir. Qeyd edilən məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən aşkar edildiyini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatların Daxili İşlər Nazirliyi tərəfindən onlara təqdim edildiyini bildirmişdir. Şirkət tərəfindən portala şəxs barəsində məlumat daxil edilərkən işçi kimi daxil edildiyi üçün, artıq həmin şəxsin sistemdə işçi kimi qeydiyyatdan keçdiyi səbəbindən məsuliyyət yarandığını, buna görə də şəxsin işə cəlb edilib-edilməməsinin şərt olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X10 tərəfindən X18 xx.xx.2024-cü il tarixdən, X20 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 4140/2024 saylı qərarından görünür ki, "xxxx" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1792/2024 saylı qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 4140/2024 saylı qərarı ləğv edilərək "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli X8 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən işçi X19 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2024-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli X8 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən işçi X18 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2024-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli X8 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən işçi X7 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2024-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş 01 may 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru X10, Qarabağ ərazisində “Laçın” X17 və “Kəlbəcər-Laçın” avtomobil yolunun tikintisi ilə bağlı Laçın, TərtərAğdərə-Kəlbəcər ərazilərində tikinti işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-nin əməkdaşlarının tikinti ərazisinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək buraxılmasının təmin olunması barədə "xxxx" MMC-yə siyahı ünvanlamışdır. Həmin siyahının 45-ci qrafasında X1 adı, siyahının 50-ciqrafasında X11 adı və siyahının 57-ci qrafasında X12 adı qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş 29 may 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru X10, Qarabağ ərazisində “Laçın” X17 və “Kəlbəcər-Laçın” avtomobil yolunun tikintisi ilə bağlı Laçın, Tərtər-Ağdərə-Kəlbəcər ərazilərində tikinti işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-nin əməkdaşlarının icazəsi alınan 15 nəfərin icazələrinin ləğv edilməsi barədə "xxxx" MMC-yə siyahı ünvanlamışdır. Həmin siyahının 4cü qrafasında X3 adı qeyd olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi, səlahiyyətli nümayəndəni və iş üzrə dindirilmiş şahidi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X10 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə X10 tərəfindən X18 xx.xx.2024-cü il tarixdən, X20 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə araşdırması zamanı X11, X13 və X1 qeyd edilən müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədikləri və qanuni əsaslarla işdən çıxdıqları təsdiqini tapmışdır. Bundan başqa X7, X19 və X18 ilə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək əmək müqavilələri bağlanmış və xx.xx.2024-cü il tarixədək “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” üçün iş icazəsi alınmış, lakin buna baxmaraq X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X19 ilə xx.xx.2024-cü il tarixdə və X18 ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin sözügedən işçilərin adları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində aktiv qalmışdır. Lakin onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemində Qarabağa girişlə bağlı icazələrinin olması və bu səbəbdən də həmin portal tərəfindən onların icazələrinin qüvvədə olması ilə əlaqədar onların Qarabağa daxil olduqları zaman işlərə cəlb edilməsi faktı kimi X22 tərəfindən qəbul edilərək hüquqi və vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eləcə də tədqiq edilmiş sənədlərlə də müəyyən edilir ki, X4 direktoru olduğu "xxxx" MMC-nin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1792/2024 saylı qərarı ilə xitam verilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X4 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, səlahiyyətli orqan tərəfindən X10 barəsində inzibati xəta haqqında icraat aparılarkən onun izahatı alınmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan müvafiq araşdırma aparsaydı məhkəmə iclasında müəyyən edilmiş hallar səlahiyyətli orqan tərəfindən də aşkar edilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyi üçün onun tərəfindən verilmiş şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 tərəfindən verilmiş şikayət təmin edilsin. X10 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar