Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4912/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X2 iclas katibliyi ilə, xx.xx.2001-ci il tarixdə Füzuli rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:09 radələrində idarə etdiyi “KİA” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 2 ünvanın yanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada –zərərçəkmiş şəxs X1 vuraraq ona yüngül xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs , zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında protokolu, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X3» X7 xx.xx.2023-cü il tarixli, 1534 saylı ekspert rəyinə əsasən məlum olur ki, 1999-cu il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir. 1.Vət F.H.Ağayevin bədən səthində aşkar olunmuş xəsarətlər-burun belinin və alt dodağın əzilmiş-cırılmış yaraları və şişkinliyi, sağ əlin sol aşıq-baldır oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün «X8» PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 2.Vətəndaş F.H.Ağayevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:09 radələrində idarə etdiyi “KİA” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 2 ünvanın yanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada –zərərçəkmiş şəxs X1 vuraraq ona yüngül xəsarət yetirmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, zərərçəkiş şəxsin şikayətçi olmamasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4912/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4912/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver