Məhkəmə qərarları › İş №3(001)-4915/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4915/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4915/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü ildə saat 14:00-da idarə etdiyi “Chevrolet Cruze” markalı **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Novxanı yolu ilə Novxanı istiqamətində hərəkətdə olan zaman, Gülüstan küçəsi 9-cu döngəyə dönərkən qarşıdan gələn avtomobillərə yol verməli olduğu halda dayanmadan hərəkətinə davam edərək Binəqədi-Novxanı yolu ilə əks istiqamətdə hərəkət edən X1 idarə etdiyi “Papik” mopedin yoluna çıxmış, nəticədə toqquşma baş vermişdir. Toqquşma nəticəsində mopedi idarə edən X5 yüngül, mopedin sərnişini X7 az ağır dərəcəli bədən xəsarəti almışlar. Bakı şəhəri Binəqədi RPİ-in Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, qərarın surəti “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-in DYPŞ-yə göndərilmişdir. Binəqədi RPİin DYPŞ-in əməkdaşı polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP seriyalı № ******* nömrəli 01 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Novxanı yolu ilə Novxanı istiqamətində hərəkət edərək Gülüstan küçəsi 9-cu döngəyə dönərkən, anidən Binəqədi-Novxanı yolu ilə əks istiqamətdə hərəkət edən mopedi görərək idarə etdiyi avtomobili saxlamışdır. Lakin, mopedi vaxtında görmədiyi üçün idarə etdiyi avtomobili gec saxladığından, moped onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə, sonra alın süşəsinə dəymişdir. Dərhal yaxınlaşıb köməklik göstərmiş, hadisə yerinə təcili yardım çağırmışdır. Xəsarət alanlardan birini hadisə yerinə gəlmiş təcili yardım xəstəxanaya aparmış, digərini isə təcili yardım gec gəldiyindən yoldan keçən avtomobillə xəstəxanaya göndərilmişdir. Toqquşma zamanı avttomobildə tək olmuş, xəsarət almışdır. Hadisədən əvvəl spirtli içki və ya psixotrop maddə qəbul etməmiş, sərxoş olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdırıb, HK-1/684 nömrəli təhqiqat materialıını öyrənib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, HK-1/684 nömrəli təhqiqat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: X8 daxil olmuş məlumatdan görünür ki, xx.xx.2023-cü ildə saat 15:25-də X8 həkim Əliquliyev Binəqədi RPİ-yə zəng edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 12-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2003-cü il təvəllüdlü, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 125-də yaşayan X1 başın təpə nahiyəsinin əzilmiş yarası və sifətin əziyi xəsarəti, 2006-cı il təvəllüdlü, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 35 mənzil 2-də yaşayan X4 burunun kəsilmiş yarası və kəllə-beyin travması xəsarəti, 1991-ci il təvəllüdlü, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi yeni yaşayış massivində yaşayan Şəxs sol əlin əzilmiş-kəsilmiş yarası xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da idarə etdiyi “Papik” markalı mopedlə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Novxanı yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, qəfildən onun yoluna avtomobil çıxmışdır. Onun idarə etdiyi moped avtomobilə dəymiş, nəticədə o və mopeddə olan sərnişin xəsarət almışdır. Toqquşma nəticəsində başından xəsarət aldığı üçün sonradan baş verənləri xatırlamır. Araşdırma zamanı izahatı alınmış X7 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da sərnişin qismində əyləşdiyi, tanışı Ceyhunun idarə etdiyi mopedlə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Novxanı yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, qəfildən Binqəədi qəsəbəsi Gülüstan küçəsi 9-cu döngəyə dönmək istəyən “Chevrolet Cruze” markalı avtomobil onları gözləməli olduğu halda dayanmadan hərəkətinə davam edərək onların yoluna çıxmış, Ceyhun İsmayıl idarə etdiyi mopedi saxlaya bilmədiyi üçün mopedlə həmin avtomobilə dəymişdir. Toqquşma nəticəsində xəsarət aldığı üçün 1 saylı X10 aparılmışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/25389 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs ilə sərxoşluq hallarının bütün növlərindin təyini məqsədi ilə aparılan tibbi müayinə zaman ayıq olduğu aşkar edilmişdir. MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 1604 saylı ekspert rəyindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə “X13” PHŞ-yə müraciət edərkən ona “Burun sümüklərinin və sağ dirsək çıxıntısının yerdəyişən sınıqları, burun ucunun kəsilmiş, alın sol üst göz qapağının, sol ağız bucağının cırılmış-didilmiş yaraları” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi müayinə üçün “X13” PHŞ-yə müraciət etdiyi xx.xx.2023-cü il saat 16:00-dan bir qədər əvvəl əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 1524 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarətlər - sol təpə nahiyəsinin, sağ mil-bilək oynğı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, burun belinin, burun əsasının, burun qanadının, üst və alt dodağının, sol almacıq nahiyəsinin, üst dodğın sağ yarısının, sağ və sol alın nahiyələrinin, sol əlin, sol əlin İİİ-İV barmaqlarının, sol mil-bilək oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ diz oynağı nahiyəsinin, sağ və sol bud nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün “X13” PHŞ-yə müraciət etdiyi xx.xx.2023-cü il saat 14:52-dən bir qədər əvvəl əmələ gəlmişlər. xx.xx.2023-cü il tarixdə idarə etdiyi mopedlə mikil avtomobiliunin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2023-cü il tarixdə “X13 PHŞ-yə müraciət edərkən ona qoyulmuş “Qapalı kəllə-beyin travması” diaqnozu klinik nevroloji əlamətlərlə müşayiət olunmadığından həmin diaqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli 8/2537 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “Chevrolet Cruize” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləri riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bakı şəhəri Binəqədi RPİ-in Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, HK-1/684 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-in DYPŞ-yə göndərilmişdir. Binəqədi RPİ-in DYPŞ-in əməkdaşı polis mayoru X3 tərəfindən tərtib olunmuş İXP seriyalı № ******* nömrəli 01 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin İİİ bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi onun tərəfindən yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulması ilə törədilmiş, onun məlum qayda pozuntusu nəticəsində 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış, nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 31, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar