Məhkəmə qərarları › İş №3(001)-4916/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4916/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4916/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarla 100 manat məbləğində inzibati cərimə edildiyini bildirmişdir. Qeyd olunan X1 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir. Çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Həmin qərar ərizəyə əlavə edilmədiyi üçün qeyd edilən inzibati xətanın harada baş verməsi müəyyən edilmədiyindən inzitai işin aidiyyatın Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi olubolamasını müəyyən etmək mümkün deyildir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət vermək nəzərdə tutulmamışdır. Qanunverici tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 X1 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 X1 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar