Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-492/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X12 idarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi əsası ilə 60 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı tərtib edilmiş TP ******* nömrəli qərardan Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə hakim Mahirə Kərimova tərəfindən qərar qəbul edilmiş, 28.05.22 tarixli TP ******* nömrəli qərar ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə barəsində olan inzibati iş üzrə Bakı Şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlı TP ******* nömrəli qərar qəbul edərək yenidən İXM-nin 327.2ci maddəsilə 60 manat cərimə tətbiq etmişdir. Həmin qərar yenidən əsassız və qanunsuz olaraq onun iştirakı olmadan, heç bir əsaslı sübut olmadan verilmişdir. Onun Bakı şəhər Baş Polis idarəsi X12 idarəsinə dəvət edilmə məktubu 13 noyabr 2022-ci il tarixədək qüvvədə olsa da həmin dəvət məktubu ona 12 dekabr 2022-ci il tarixdə poçt vasitəsilə gəlib çatmışdır.O, barəsində əsassız inzibati tənbeh tətbiq edilməsi ilə bağlı Baş X13 İdarəsinin rəhbərliyinə müraciət ünvanlamışdır. Müraciətə baxılaraq ona xx.xx.2022-ci il tarixdə idarə etdiyi “HYUNDAİ” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yusif Səfərov küçəsi ilə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyi və bu səbəbdən də YPX əməkdaşı tərəfindən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib edildiyi bildirilmişdir. Müraciətə cavabda hadisənin videogörüntülərlə öz təsdiqini tapdığı qeyd edilmişdir. X13 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı və İXP ******* saylı protokolu əsassızdır. Videogörüntülərdən də açıq-aydın görünür ki, işıqforun qadağanedici işığı, o, idarə etdiyi avtomobillə yolayrıcını keçdikdən sonra yanmağa başlayır. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsin xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X12 idarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. Belə ki, Kamran Əlirzayevin xx.xx.2022-ci il tarixdə saat 12:39-da Bakı şəhəri, Yusif Səfərov küçəsində idarə etdiyi “HYUNDAİ GRANDEUR” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi kamera görüntüləri ilə öz təsdiqini tapmışdır. Kamran Əlirzayevin müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında işə baxılacağı ilə X2 ünvanına bildiriş göndərilmişdir. Bakı şəhər Baş Polis idarəsi X12 idarəsində qeyd edilən qayda pozuntusu ilə bağlı videogörüntülərə baxış keçirilmiş və qayda pozuntusu öz təsdiqini tapdığı üçün xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol əsasında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X2 şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 12:39-da Bakı şəhəri, Yusif Səfərov küçəsində “HYUNDAİ GRANDEUR MİNİK” markalı **- SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-3218/2022 nömrəli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Müşayiət- Eskort Bölüyü YPX baş inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilmişdir. SS808720243AZ nömrəli poçt zərfindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən göndərilmiş bildiriş X4 xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Məhkəmə, proses iştirakçılarını izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə X2 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-3218/2022 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə göndərilmiş, lakin inzibati xəta haqqında işə baxılarkən şikayət vermiş Kamran Əlirazayevin iştirakı təmin edilmədən, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol əsasında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X5 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-492/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-492/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver