Məhkəmə qərarları › İş №3(001)-4923/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4923/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4923/2025 31.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, ev 5, mənzil 12, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokola əsasən, Şəxs direktoru X2 barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX BŞİ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-44230/2025 saylı məktubunda nəzərdə tutulmuş tədbirlər hüquqi şəxs tərəfindən görülməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş X5 Xidmətinin Bakı şəhər İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxsnə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borclu X3 barəsində Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Borclunun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyinə və eləcə də cərimə könüllü qaydada ödənilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.7-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə uyğun X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın borclunun digər gəlirləri və əmlakları hesabına ödənilməsi və icrasının təmin edilməsi üçün icra şöbəsinə göndərilmiş və görülmüş tədbirlərin nəticəsi barədə X5 Xidmətinin Bakı Şəhər İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. X5 Xidməti Bakı şəhər İdarəsinin Şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 əmək haqqından hər ay 50% olmaqla 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verilməsi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətinin Xidmətə qaytarılması xahiş edilmişdir. Yuxarıda qeyd olunan müddətlər ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli telefonoqram mətninin məzmunundan görünür ki, DƏMX BŞİnin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunun baş əmək müfəttişi X7 +**********37 əlaqə nömrəsi ilə Şəxs MMC-nin direktoru X1 +99455 ******* nömrəsi ilə əlaqə saxlamış və Şəxs MMC-nin direktoru olaraq işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığıortalanmasını təmin etmədyinidən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla bağlı 1500 manat inzibati cərimə tətbiq edildiyi, bununla bağlı cərimə ödəməsinin həyata keçiriliməsi üçün DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-44230/2025 nömrəli məktubun Əmək və Məşğullluq Altsistemi üzərindən işəgötürənin şəxsi kabinetinə işləndiyini, bu inzibati cərimə ödənişi həyata keçirilmədiyi üçün AR İXM-nin 529.1-1 maddəsinə əsasən həm hüquqi şəxs barəsində, həm də direktor olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da 3 saylı DOST Mərkəzinə dəvət edildiyi (Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 183B) ona bildirilmişdir. Ə.Əlimərdanov bu inzibati cərimədən xəbərdar olduğunu, lakin problemləri olduğundan bu ödənişi ödəyə bilməyəcəyini bildirmişdir. Bu telefonoqram Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq ediimiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”-ın 86-cı bəndinə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, hüquqi şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar heç bir tədbir görməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar