Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4924/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün xx.xx.2024-cü il tarixli 44-7/2-20177 saylı məktubla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 3778/2024 nömrəli qərardadı ilə həmin inzibati işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə aid olması müəyyən edilərək inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmişdir. Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 3778/2024 nömrəli qərardadına əsasən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə olan material baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialı nəzərdən keçirib hesab edirəm ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün inzibati material və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Şəxs hüquqi ünvanı ünvan 1aqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən deyil, hüquqi şəxsin qeydiyyat ünvanına əsasən ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi qərarında qeyd etmişdir ki, inzibati xətanın törədilmə yeri Şəxs hüquqi ünvanının olduğu ünvanın yerləşdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-3778/2024 saylı qərardadında İXM-nin 110.1-ci maddəsinə istinad edilmiş və inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin hesab edirəm ki, həmin işə Bakı Şəhər Səbail Rayon Məhkəməsi tərəfindən baxılmalıdır və bu səbəbdən də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. İş materiallarından görünür ki, Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu Bakı şəhəri, Səbail Rayonu, Ə.Əliyev-Neftçilər prospekti ünvanında tərtib edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli GP 24195658 nömrəli qərardadla Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs etibarnamə üzrə nümayəndəsi X1 izahatından görünür ki, "xxxx" MMC-nin istismarında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “Otokar” və **-JZ- *** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtobusların üzərində olan vinil sənədlə (reklam icazəsi) ilə uyğun olmağı üçün DYP tərəfindən duracağa yerləşdirilmiş, tərəflərindən uyğunsuzluq aradan qaldırılıb vinillər söküləcəkdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “İsuzu” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi reklam yayılması qaydalarının pozulma səbəbi ilə xx.xx.2024-cü il tarixdə saat 09:42-də Səbail rayon ərazsisində duracağa yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan isə görünür ki, inzibati xəta haqqında protokol Bakı şəhəri, Səbail Rayonu, Ə.Əliyev-Neftçilər prospekti ünvanında tərtib edilmiş, bununla da uzanan inzibati xətanın Bakı şəhəri Səbail rayonunda aşkara çıxarıldığı, eyni zamanda səlahiyyətli orqanın da müvafiq qərardadına əsasən işin Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmasına baxmayaraq inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, sonuncu məhkəmənin qərardadı ilə işin həmin məhkəməyə aid olması hesab edilərək icraata götürülmüş, daha sonra isə iş baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bakı Şaəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 3778/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda cəmiyyət tərəfindən məhkəməyə həmin işə qeydiyyatda olduqları ünvan üzrə baxılması barədə hər hansı vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində davam edən inzibati xətalar vahid niyyətlə törədilən hüquqazidd əməllər kimi göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu digər ölkələrin təcrübəsini, eləcə də uzanan və davam edən inzibati xətalara dair müvafiq normaların İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması səbəbindən vahid məhkəmə təcrübəsinin formalaşmasının vacibliyini nəzərə alaraq hesab edir ki, son əməlin aşkara çıxarıldığı yer davam edən inzibati xətanın başa çatdığı yer kimi müəyyən edilməlidir. Şəxs MMC-nin səalhiyyətli nümayəndəsi X2 inzibati araşdırma dövründə verdiyi izahatında cəmiyyətin istismarında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “Otokar” və **- JZ-*** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtobusların üzərində olan vinillərin cəmiyyət tərəfindən alınmış reklam icazəsi ilə uyğun olmadığını təsdiq etmişdir. Həmin izahatla da o, cəmiyyət tərəfindən alınmış icazəyə uyğun olmayan reklamın yerləşdirilməsini etiraf etmişdir ki, qeyd edilənlər də hərəkətsizliklə deyil, hərəkətlə törədilmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 428.5-ci maddəsinin dispozisiyasında göstərlən nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə inzibati xəta hərkətsizliklə deyil, hərəkətlə törədilən inzibati xətadır. Eyni zamanda həmin inzibati xəta uzanan inzibati xəta olduğundan reklam yayılmasının aşkar olunduğu və qarşısının alındığı yer inzibati xətanın törədilmə yeri hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsində uzanan inzibati xətaların törədilmə yeri barədə bibaşa norma mövcud olmasa da İnzibati Xətalar Məcəlləsinin 38.2ci maddəsində həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlərin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, davam edən və uzanan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsinin hüquqi əsasları ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünüdyü kimi inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi Bakı şəhəri, Səbail Rayonu, Ə.Əliyev- Neftçilər prospekti ünvanında tərtib edilmişdir. Hesab edirəm ki, həmin inzibati xəta Səbail rayonu Ə.Əliyev-Neftçilər prospekti ünvanında aşkar edilərək və nəqliyyat vasitəsi Səbail rayonu ərazisində duracağa yerləşdirilərək həmin inzibati xətanın qarşısı məhz Səbail rayonu ərazisində alındığından inzibati xətanın törədildiyi yer də Səbail rayonudur. Həmçinin uzanan inzibati xətanın başa çatdığı yer inzibati xətanın törədildiyi yer olması nəzərə alınmaqla hazırki işə hansı məhkəmədə baxılmalı olması ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə olan inzibati xəta uzanan xətalara aid olduğundan, eləcə də həmin əməlin hərəkətsizliklə törədilməsi istisna edildiyindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş inzibati materiala hüquqi şəxsin qeydiyyatda olduğu yerin məhkəməsində baxılması ilə bağlı məhkəmələr arasında olan fikir ayrılığına aydınlıq gətirilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(009)-1246/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(009)-1243/2024 saylı, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-1883/2024 saylı, Bakı şəhər Yasamal xx.xx.2024-cü il tarixli 3(004)-2952/2024 saylı qəralarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsili bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərarlardan da göründüyü kimi Şəxs barəsində İXM-nin 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xətanın törədilmə yeri üzrə Bakı şəhərinin müxtəlif rayon məhkəmələri tərəfindən baxılaraq inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 118-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4924/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4924/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver