Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4927/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:
1. Məhkəmənin icraatına X3 məhkəməyə müraciət edərək, qardaşı X1 inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
2. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
3. Belə ki, şikayət və ona əlavə edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 qardaşı X1 nümayəndəsi qismində məhkəməyə şikayət verərək sonuncunun inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, lakin nümayəndəliyi təsdiq edən sübutu iş materiallarına əlavə edilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən nümayəndənin səlahiyyətini təsdiq edən sənədin iş materiallarına əlavə edilməsi zəruridir.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.
5. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət əsasında toplanmış material geri qaytarılmalıdır.
6. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
X1 inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Aytəkin İbrahimova