Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4928/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Cəbrayıl rayonu, Niyazqullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Niyazqullar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi İsfahani küçəsi nömrəsiz evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə o, 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Binəqədi rayonu S.S.Axundov küçəsində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektorları Kazım Səlimzadənin və E.Qəhrəmanovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X7 tərəfindən 22 avqust 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Binəqədi rayonu S.S.Axundov küçəsində idarə etdiyi avtomobillə svetoforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektorları Kazım Səlimzadə tərəfindən dayandırılmışdır. Şəxs qayda pozuntusu barədə məlumat verilərkən ictimai yerdə dövlətin ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektorları Kazım Səlimzadənin və E.Qəhrəmanovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən hadisə yerinə PPX-in polis əməkdaşları gəlmiş və Şəxs 5-ci PB-yə gətirmişlər. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ailəsini dolandırmaq üçün taksi fəaliyyətilə məşğul olur. 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Binəqədi rayonu S.S.Axundov küçəsində idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol polisi tərəfindən dayandırılmışdır. İnspektor ona svetoforun qırmızı işığında hərəkətini davam etdirdiyini bildirdikdə ondan görüntü tələb etmişdir. İnspektor mobil telefonda görüntünü ona göstərmək istəsədə bununla razılaşmamış, monitorda görüntü tələb etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı dövlətin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin heç bir tabesizlik göstərməmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Heç bir tabesizlik göstərmədiyini nəzərə alıb həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Binəqədi rayonu S.S.Axundov küçəsində idarə etdiyi avtomobillə svetoforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün onun tərəfindən dayandırılmışdır. Şəxs qayda pozuntusu barədə məlumat verilərkən ictimai yerdə dövlətin ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət etsələrdə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən hadisə yerinə PPX-in polis əməkdaşları gəlmiş və Şəxs 5-ci PB-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektoru X3 eyni məzmunlu izahat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektorları Kazım Səlimzadənin və E.Qəhrəmanovun xx.xx.2024-cü il tarixli Raportundan görünür ki, Şəxs 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Binəqədi rayonu S.S.Axundov küçəsində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən Bakı şəhər BPİ-in DYPİ-yə bilavasitə tabe olan YPXA-ın inspektorları Kazım Səlimzadənin və E.Qəhrəmanovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi şahidlərin izahatları, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki,təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik sübuta yetirilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, onun yol polisi nəfərlərinə qarşı aqressiv münasibət göstərməsi qayda pozuntusu ilə razılaşmamasından irəli gəlmişdir. Başqa sözlə, onun niyyəti polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmək deyil, qayda pozuntusuna yol vermədiyini bildirmək olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 09:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4928/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4928/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver