Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4939/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi və vəkili X1 iştirakları, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Fostanpak” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 02 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 16509,05 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 30 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 16509,05 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 31 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Şəxs nümayəndəsi və vəkili X2 yazılı “etiraz və izahat” verərək bildirmişdir ki, “X7 Azərbaycan" QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı məktubu və məktuba əlavə edilmiş sənədlərə istinad etməklə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati hüquq pozuntusunu törətməsi nəticəsinə gəlinərək EP ******* saylı, xx.xx.2025-ci İl tarixli protokol tərtib olunmuşdur. İnzibati hüquq pozuntusunun törədilməsinə dair "xxxx" QSC tərəfindən araşdırma aparılmadan Azərbaycan Respublikası Mərkəzi Bankına məktub göndərilmişdir. "xxxx" QSC tərəfindən verilmiş məlumat Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən araşdırılmadan "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmədən, araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. EP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolu tərtib edildikdən dərhal sonra "xxxx" MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Mərkəzi Bankında olmuş və təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 16509.05 ABŞ dollarını Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürmüş vəsaitin qarşılığında mal idxal edilmişdir. Nəticədə İnzibati hüquq pozuntusunun törədilməsinə dair "X7 Azərbaycan" QSC tərəfindən göstərilmişdir ki, "xx.xx.2023-cü il tarixli 16.509.05 USD məbləği avans ödəməniz üzrə aşağıda qeyd edilən Gömrük Bəyannamələri tərəfimizə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş və bağlanılmışdır. Gömrük Bəyannaməsinin sorğu nömrəsi **********7243". "xxxx" tərəfindən iki ödəniş (34554.10 USD və 16.509.05 USD) bağlansa da digər ödənişin bağlanmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankına yanlış məlumat verilmişdir. Daha sonra Mərkəzi bankın tələbi ilə 2-ci ödənişin də bağlanmasına dair məlumat verilmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının EP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X2 təqdim etdiyi yazılı etiraz məzmununa uyğun çıxış edərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının təxirə salınması barədə verilməmişdir. Belə olan halda məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 30 may 2023-cü il tarixində 16509,05 ABŞ dolları məbləğində vəsait 02 nömrəli, xx.xx.2025-cü il tarixli müqaviləyə, 2905.223 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “A X6 X4 X8 ve Tic A.S” şirkətinin hesabına köçürülmüşdür. Lakin idxalı təsdiq edən sənədlər banka təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli “ödəniş tapşırığı”ndan görünür ki, Fostanpak» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində 34554,10 ABŞ dolları məbləğində vəsait 02 nömrəli, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən “A X6 X4 X8 ve Tic A.S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli “ödəniş tapşırığı”ndan görünür ki, Fostanpak» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 may 2023-cü il tarixində 16509,05 ABŞ dolları məbləğində vəsait 02 nömrəli, xx.xx.2025-cü il tarixli müqaviləyə, 2905.223 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “A X6 X4 X8 ve Tic A.S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, 2905.223 nömrəli invosydan görünür ki, “A X6 X4 X8 ve Tic A.S” şirkəti tərəfindən Şəxsnə satılan mallara dair Şəxsnə 25326,250 ABŞ Dolları dəyərində invoys verilmişdir. xx.xx.2023-cü il tarixli, 02 nömrəli müqavilədən görünür ki, “A X6 X4 X8 ve Tic A.S” şirkəti və Şəxs arasında alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" QSC tərəfindən Şəxsnə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə etdiyi 16509,05 ABŞ dolları avans ödənişi **********7243 sorğu nömrəli gömrük bəyannaməsi ilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, **********7243 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “A X6 X4 X8 ve Tic A.S” şirkəti tərəfindən Şəxsnə 25326,25 ABŞ Dolları dəyərində mallar göndərilmişdir. xx.xx.2023-cü il tarixli, **********0791 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, A X6 X4 X8 ve Tic A.S” şirkəti tərəfindən Şəxsnə 25736,90 ABŞ Dolları dəyərində mallar göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 02 nömrəli müqavilə Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 34554,10 ABŞ dolları və 16509,05 ABŞ dolları olmaqla ümumilikdə 51063,15 ABŞ dolları vəsait “A X6 X4 X8 ve Tic A.S” şirkətinin hesabına köçürülmüşdür. “A X6 X4 X8 ve Tic A.S” şirkəti tərəfindən Şəxsnə 25736,90 ABŞ dolları dəyərində və 25326,25 ABŞ Dolları dəyərində olmaqla ümumilikdə 51063,15 ABŞ dolları dəyərində mallar göndərilmiş və həmin mallar xx.xx.2023-cü il tarixli, **********7243 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli, **********0791 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi Fostanpak” Məhdud Məsuliyyətli Cəmiyyətinin A X6 X4 X8 ve Tic A.S” şirkətinə köçürdüyü məbləğ dəyərində sonuncu şirkət tərəfindən həmin cəmiyyətin ünvanına mallar göndərilmişdir. Belə olan halda, hər hansı bir malın ölkəyə idxal edilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, "xxxx" QSC tərəfindən Şəxsnə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubla da Şəxs xx.xx.2023-cü il tarixdə köçürdüyü 16509,05 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların **********7243 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs tərəfindən 30 may 2023-cü il tarixdə "xxxx" QSC-də olan hesabdan köçürülmüş 16509,05 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına qaytarılmışdır. Bu isə onu göstərir ki, 02 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 02 iyul 2025ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4939/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4939/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver