Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-494/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X5 iclas katibliyi Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə xx.xx.1960-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09.30 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus «Karsan» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində baş vermiş yol nəqliyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «bədənin travması» xəsarəti, X4 «baş və sol çiyinin travması» xəsarəti almışdır. Məhkəmə iclasında çıxış edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) X3 bildirmişdir ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-nə ezam edilmiş 5-ci PB-nin baş təhqiqatçısı Elçin Rzazadənin 21 noyabr 2022-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında verilən şikayətə əsasən məhkəmənin qərar ilə qanunsuz hesab edilərək ləğv edilmişdir.Buna görə də, hal-hazırda, təhqiqat araşdırması aparıldığından, həmin araşdırma başa çatana qədər inzibati iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə və zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-ci il tarixli, İXP ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul olunmuş 21 noyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən «Karsan» mrkalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-13/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, şikayət təmin olunmuş, Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinə ezam edilmiş 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 21 noyabr 2022-ci il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan Bakı şəhəri Binəqədi RPİ-nin TŞ-nə ezam edilmiş 5-ci PB-nin baş təhqiqatçısı Elçin Rzazadənin 21 noyabr 2022-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə əsasən məhkəmənin qərarı ilə qanunsuz hesab edilərək ləğv edildiyindən və hal-hazırda yenidən təhqiqat aparıldığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol tərtib edilə bilməz, buna görə də, inzibati xətanı törətməsinə dair xx.xx.2023-ci il tarixli, İXP ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-ci il tarixli, İXP ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-494/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-494/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver