Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4940/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 025327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədilə daxil olmuş yüklər **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı imtiyaz 698b, XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-5300/2-005113/2023 saylı, xx.xx.2023-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan mallar ********** alt yarımmövqeyində sinifləşdirildiyi və Dövlət Gömrük Komitəsinin 13/008 saylı xx.xx.2010cu il tarixli göstərişinə əsasən azot turşusu (CAS 7697-37-2) kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edildiyi müəyyən edilmişdir. Sözügedən raportun icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. İnzibati xətanın bilavasitə obyekti olan malların fiziki-kimyəvi ekspertizasının keçirilməsi və qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2- 009320/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 3-16-16/2- 6/5153-9/7389 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd plastik qabdakı tədqiqat predmeti nitrat turşusudur, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahı”larına və xx.xx.2016cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahı”sına, eləcə də “Zəhərli maddələrin Siyahı”sına daxil edilmədiyi, qiyməti barədə Azərbaycan Respublikasında yerləşən ticarət şəbəkələrində, internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmağın mümkün olmadığı qeyd edilmişdir. **********0241 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların ümumi invoys dəyəri OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədinə əsasən 11880 ABŞ dollarıdır. xx.xx.2023-cü il tarixində ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 11880 ABŞ dolları milli valyutaya nisbətdə 20196 AZN təşkil edir. Şəxs ünvanına 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədilə daxil olmuş və **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN kodu düzgün bəyan edilməməklə həmin şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətləri öz əksini tapmışdır. Nəticədə, Şəxs (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X4 izahat verərək bildirmişdir ki, Şəxs Dövlət Vergi Xidmətində qeydiyyata alınmış, şirkətin əsas fəaliyyəti kənd təsərrüfatı sahəsində gübrə və pestisidlərin idxalı və onların topdan satışını həyata keçirməkdir. Şirkət 10 ildən artıqdır ki, bu fəaliyyətlə məşğuldur. Şirkətin Abşeron rayonu, Hökməli qəsəbəsində anbarı mövcuddur. Şirkət Avropanın müxtəlif ölkələrindən gübrə preparatlarını sifariş edir. Sonuncu dəfə Şəxs ünvanına Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkətindən 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədilə daxil olmuş yüklər **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Mallar bəyan edilən zaman Gömrük İdarəsində sözügedən gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan malların ********** alt yarımmövqeyində sinifləşdirildiyi halda, imtiyaz 698b, XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edildiyi, həmçinin Dövlət Gömrük Komitəsinin 13/008 saylı xx.xx.2010-cu il tarixli göstərişinə əsasən azot turşusunun kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edildiyi müəyyən edilmişdir. Bildirmək istəyir ki, şirkət bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalının həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçmiş və müvafiq şəhadətnamə almışdır və qeyd edilən maddə “Olitar Nitrus” (Nitrik Asit) şirkət tərəfindən partlayıcı maddələrin hazırlanması üçün deyil, kənd təsərrüfatında gübrələrin hazırlanması məqsədilə sifariş olunmuşdur və şirkətin də fəaliyyəti bundan ibarətdir. Hər hansı bir şirkət pestisidləri, bioloji preparatları və aqrokimyəvi maddələri ölkəyə sifariş verməzdən əvvəl X1 qeydiyyatdan keçməli və buna dair müvafiq şəhadətnamə almalıdır, əgər şirkət həmin şəhadətnaməni almasa mallar ölkə ərazisinə idxal oluna bilməz. Bildirir ki, onların şirkəti Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkətindən “Olitar Nitrus” (Nitrik Asit) preparatının alınması üçün X2 müraciət etmiş və Agentlik tərəfindən qeydiyyata alınaraq bununla bağlı müvafiq şəhadətnamə də verilmişdir. Həmçinin bildirir ki, şirkət tərəfindən sifariş olunmuş həmin malların kodu Türkiyə şirkəti tərəfindən ixrac bəyannaməsində qeyd olunur və Gömrükdə bəyan olunan zaman şirkət həmin ixrac bəyannaməsində qeyd edilən kodu bəyan etməlidir. Əgər onlar həmin ixrac bəyannaməsində qeyd edilən kodu dəyişdirmiş olsalar bu zaman əlavə olaraq inzibati məsuliyyət daşımalı olacaqlar. Bu səbəbdən onlar Türkiyə şirkəti tərəfindən ixrac bəyannaməsində qeyd olunan kod altında malı Gömrüyə bəyan etmişlər, onlar tərəfindən invoysa heç bir müdaxilə olunmamışdır. Onlar həmin ixrac bəyannaməsində qeyd olunan kodu dəyişə bilməzlər, lakin gömrük orqanı tərəfindən mallar başqa alt yarımmövqeyində sinifləşdiriləcəyi təqdirdə əlavə gömrük ödənişlərini ödəməyə hazırdırlar, əvvələr də belə hal olmuş və yaranmış fərqi ödəmişlər. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin Qida və Kənd Təsərrüfatı mallarının Ekspertizası şöbəsinin baş eksperti Şahid izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən sifariş olunmuş və Gömrük Komitəsi tərəfindən eksperiza İdarəsinə təqdim olunmuş “Olitar Nitrus” (Nitrik Asit) preparatı su ilə həll olunmuş azot turşusudur. Azot turşusu da sırf gübrə kimi istifadə olunmur, bu məhlul torpağa təyin olunur və torpağın duzluluğunu stabilləşdirmək üçün istifadə olunur. Malın tərkibi də sırf su və azot turşusundan ibarət olduğu üçün bunu azot turşusu kodunda sinifləşdirmək məqsədəuyğun olmuşdur. Malın tərkibində kalim duzları, fosfor və ya başqa birləşmələr olsa idi, mal 3105 kodunda gübrə kimi sinifləşəcəkdi. Mal yalnız azot turşusundan ibarət olduğu üçün və torpağa əlavə bir faydalılıq vermək üçün istifadə olunduğundan malın tam tərkibi olaraq 2808 kimi sinifləşdirilib. Malın üzərində gübrə olduğu da qeyd olunmamışdır. Dövlət Gömrük Komitəsinin 13/008 saylı, xx.xx.2010-cu il tarixli göstərişinə əsasən azot turşusu partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edilir. Sadəcə araşdırma aparmaq lazımdır ki, şirkət tərəfindən bu məhlul həqiqətən torpaq üçün istifadə olunacaqdır yoxsa yox. Bu araşdırma ilə də əməliyyat-istintaq idarəsi məşğul olur. Sonda isə, malın tərkibində azot turşusu və su olduğunu, malın pərakəndə satış məqsədilə qablaşdırmada olduğunu və istehsalçısının da bilindiyi üçün malın təyinatının da bilindiyini, həmin maddədən partlayıcı maddə kimi istifadə olunması üçün maddənin tərkibindən suyun çıxarılmalı olduğunu qeyd etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmişlər və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, OLX**********031 nömrəli invoys sənədindən görünür ki, malın kodu **********00 olan 864 ədəd,11880 ABŞ dolları məbləğində “Olitar Nitrus” (Nitrik Asit) adlı mal Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkəti tərəfindən 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə Şəxs ünvanına bəyan edilməklə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, **********0241 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkəti tərəfindən göndərilmiş 11880 ABŞ dolları məbləğində “Olitar Nitrus” (Nitrik Asit) adlı malları **********00 kodla gömrüyə bəyan etmişdir. Sözügedən gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı imtiyaz 698b, XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin ekspert rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs ünvanına **********0241 GB ilə bəyan olunmuş və OLX**********031 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan yük “Olitar Nitrus (Nitrik Asitt) adlı azot turşusunun (CAS 7697-37-2) sulu məhlulu olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. “İxrac nəzarətinə düşən malların nomenklaturasına uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin, nəticələrinin Siyahısı” nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 42 saylı Qərarı, güclü təsir edən maddələrin və onların külli miqdarı, habelə zəhərli maddələrin siyahısına, dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların siyahısına və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Fərmana aid edilmir. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin 13/008 saylı xx.xx.2010-cu il tarixli göstərişinə əsasən azot turşusu (CAS 7697-37-2) kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edilir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında yerləşən Şəxs ünvanına 08ABG336/08ABG382 nömrəli avtomaşınla, OLX**********031 nömrəli invoysla daxil olmuş yüklərə **********0241 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı imtiyaz 698b, XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33- 5300/2-005113/2023 saylı, xx.xx.2023-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, OLX**********031 nömrəli invoys üzrə olan mallar ********** alt yarımmövqeyində sinifləşdirilir və Dövlət Gömrük Komitəsinin 13/008 saylı xx.xx.2010-cu il tarixli göstərişinə əsasən azot turşusu (CAS 7697-37-2) kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edildiyi müəyyən edilmişdir. Beləliklə, **********0241 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində mallar imtiyaz 615, XİFMN ********** alt yarımmövqeyində sinifləşdirildiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: ƏDV üzrə 4706,28 AZN təşkil edir. xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Olitar Nitrus (nitrik asit) net: 25kg” markalanma göstəricisi olan bir ədəd plastik qabdakı - nitrat turşusudur. Nitrat turşusu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-ci il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na, eləcə də “ Zəhərli maddələrin siyahısı”na daxil deyildir. xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədilə daxil olmuş və **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN kodu düzgün bəyan edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2016-cı il tarixli, 088781 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyadan görünür ki, Şəxsnə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalını həyata keçirməyə lisenziya verilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkətinə verilmiş 001009 nömrəli pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, avrokimyəvi maddə olan “Olitar Nitrus” (Nitrik Asit) 5 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 479-cu maddəsinin Qeyd hissəsinə görə isə bu Məcəllənin 479 - 481, 482.1 , 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Maddənin dispozisiyasına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bilməyərəkdən düzgün bəyan edilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsiilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, Şəxs ilə Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkəti arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkəti Şəxs ünvanına 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə malın kodu **********00 olan 864 ədəd, 11880 ABŞ dolları məbləğində “Olitar Nitrus” (Nitrik Asit) göndərmiş, Gömrüyə daxil olmuş yüklər Şəxs tərəfindən **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə imtiyaz 698b, XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə gömrük orqanına bəyan edilmişdir. Yəni malları idxal edən şirkət tərəfindən gömrük orqanına malları istehsal və eyyni zamanda ixrac edən şirkət tərəfindən ixrac edilərkən göstərilən kod üzrə bəyan etmiş, həmin mala və koda hər hansı müdaxilə etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı imtiyaz 698b, XİF MN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 3-33-5300/2-005113/2023 saylı, xx.xx.2023-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, OLX**********031 nömrəli invoys üzrə olan mallar ********** alt yarımmövqeyində sinifləşdirilir və Dövlət Gömrük Komitəsinin 13/008 saylı xx.xx.2010-cu il tarixli göstərişinə əsasən azot turşusu (CAS 7697-37-2) kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorların siyahısına aid edilir. Məhkəmə qeyd edir ki, Şəxs ünvanına Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkətindən 08ABG336/08ABG382 nömrəli nəqliyyat vasitəsilə, OLX**********031 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədilə daxil olmuş yüklər **********0241 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilən zaman malların altkodunun ********** deyil, **********00 göstərilməsi Şəxs təqsiri səbəbindən baş verməmiş, həmin məlumatlar Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkəti tərəfindən Cəmiyyətə verilmiş məlumatlar əsasında (məhsulun adı, invoys nömrəsi, miqdarı, sayı, mənşə ölkəsi) aparılmış və Cəmiyyət tərəfindən həmin məlumatlar əsasında mallar düzgün olaraq bəyan edilmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunan Şəxsnə göndərilmiş “Olitar Nitrus” (Nitrik Asit) azot turşusunun kustar partlayıcıların düzəldilməsində istifadə olunan prekursorlara aid edilməsinə münasibət bildirərək qeyd edir ki, Şəxsnə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalını həyata keçirməyə lisenziya verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Türkiyə Respublikasının “Olimpum Dış Ticaret Pazarlama LTD ŞTİ” şirkətinə aqrokimyəvi maddə olan “Olitar Nitrus”u (Nitrik Asiti) 5 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatı istehsalı üçün dövriyyə buraxılmasını qeydiyyata almışdır. Həmçinin istər inzibati araşdırma aparılan zaman, istərsə də məhkəmə iclasında Cəmiyyətin nümayəndəsi də ona verilən suallara cavab olaraq bildirmişdir ki, şirkətin fəaliyyəti müxtəlif növ gübrə və pestisidlərin idxalı və topdan satışından ibarət olmuş, 10 ildən artıq zamandır bu fəaliyyətlə məşğul olurlar, **********0241 sorğu nömrəli 01. 09.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mal 31-ci qrafada qeyd edildiyi kimi tərkibində azot, fosfor və kalium kimi iki və ya üç qida elementi olan torpaq qidalandırıcılarıdır. Ekspert rəyində qeyd edilən partlayıcı hazırlanması kimi fəaliyyətləri olmamış, idxal edilən malları fəaliyyətilərinə uyğun olaraq gətirmişlər. Bəyannamə qeyd edilən kod isə e-fatura sənədində qeyd edilən koddur, həmin kod da satıcı tərəfindən müəyyən edilmişdir, onlar koda heç bir müdaxilə etməmişlər. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 İdarəsinin baş eksperti Şahid də izahatında malın tərkibində azot turşusu və su olduğunu, malın pərakəndə satış məqsədilə qablaşdırmada olduğunu və istehsalçısının da bilindiyi üçün malın təyinatının da bilindiyini, həmin maddədən partlayıcı maddə kimi istifadə olunması üçün maddənin tərkibindən suyun çıxarılmalı olduğunu, həmin idxal olunan malların partlayıcı maddələrin istehsalında istifadə edilib-edilməməsi barədə araşdırma ilə də əməliyyat-istintaq idarəsin məşğul olduğunu qeyd etmişdir. Lakin araşdırmanı aparan BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən də həmin malların partlayıcı maddələrin istehsalı üçün idxal edilməsi barədə hər hansı araşdırma aparmamış, bunu təsdiq edən subutlar da iş materiallarında mövcud deyildir. Bunun tam əksi Şəxsn əsas fəaliyyətinin kənd təsərrüfatı sahəsində gübrə və pestisidlərin idxalı və onların topdan satışının həyata keçirməsi, bununla bağlı müvafiq lisenziyanın və şəhadətnamənin alınması iş materialları ilə öz tədiqini tapmışdır. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar düzgün bəyan edilmiş və Cəmiyyət tərəfindən həmin mallar kənd təsərrüfatında gübrələrin hazırlanması məqsədilə idxal olunmşudur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Cəmiyyətin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXMnin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi, Şəxs tərəfindən idxal edilmiş mallara görə XİFMN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların ekspertiza rəylərinə əsasən XİFMN üzrə ********** alt yarımmövqeyində sinifləşdirilməsini və bunun da nəticəsində yaranacaq əlavə gömrük, vergi və digər ödənişlərin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ödənilməsini istina etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4940/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4940/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver