Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4966/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 “protokolun Asan şəxsi kabinetdən silinməsi” barədə şikayətinin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 “protokolun Asan şəxsi kabinetdən silinməsi” barədə şikayəti daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməmişdir. Onun mübahisələndirdiyi məsələyə müstəqil şəkildə baxılmasının qanuni əsası yoxdur. Məhkəmənin qənaətinə görə bu məsələ inzibati xəta haqqında protokol əsasında çıxarılacaq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qaydasında həll edilə bilər ki, şikayət verən R.R.Ağasıyev belə şikayət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 “protokolun Asan şəxsi kabinetdən silinməsi” barədə şikayətinin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalı, ona qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 “protokolun Asan şəxsi kabinetdən silinməsi” barədə şikayətinin icraata qəbulundan imtina edilsin və şikayət geri qaytarılsın. X2 izah edilsin ki, qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4966/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4966/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver