Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4968/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 09 avqust 2024-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsinin inspektoru tərəfindən “E.Rüstəmov 26a küçəsi” ünvanında svetaforun sarı işığında keçməyi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, sözügedən protokol səhv tərtib olunmuşdur. Çünki, o svetaforun yaşıl işığında stop (durma) xəttini və piyada keçini keçmiş və yolayrıcına daxil olmuşdur. Qarşıda hərəkətdə olan avtobus qəfil dayanaraq yol patrul xidmətinə yol vermək istəmişdir. Bu zaman o da dayanmış və svetaforun sarı işığına düşmüşdür. Sarı işıqda hərəkətini davam etdirmişdir. Yolayrıcını keçərkən heç bir nəqliyyat vasitəsinin hərəkətinə mane olmayaraq hərəkətini tamamlamışdır. Bu vaxt avtobusun önündə dayanmış YPX patrul maşınından ona saxlama işarəsi verilmişdir. İnspektora yol hərəkəti qaydasını pozmadığını izah etsə də, inspektor telefonundan ona yolayrıcını sarı işıqda davam etdirdiyinin görüntüsü göstərərək qərarsız protokol tərtib edəcəyini demiş və qərarsız protokol tərtib etmişdir. O da şikayət edəcəyini bildirmişdir. Elektron formada ona qərarsız protokol barədə məlumat gəlmiş, 1 saat sonra isə həmin protokol qərarlı olaraq sistemdə dəyişmişdir. Heç bir araşdırma isə aparılmamışdır. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində “Baksol” yolu deyilən yerdə işıqforun yaşıl işığı yanan zaman yolayrıcına daxil olmuş, dayanma xəttini, həmçinin piyada xəttini də keçmiş, onun önündə hərəkət edən avtobus anidən saxlayaraq yolda olan yol patrul xidməti avtomobilinə yol vermək istəmiş, bu zaman o idarə etdiyi avtomobillə avtobusun sağından keçərək hərəkətini başa çatdırmışdır. Bundan sonra ona YPX əməkdaşı tərəfindən “saxla” işarəsi verilmişdir. O, nəqliyyat vasitəsini saxlayandan sonra YPX inspektoru ona sarı işıqda keçməsini bildirmişdir. Bununla razılaşmayaraq yolayrıcına işıqforun yaşıl işığı yanarkən daxil olmasını bildirsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun heç bir yol hərəkəti iştirakçısının hərəkətinə də mane olmadığını, həmçinin protokolun qərarsız olaraq sistemə vurulsa da, cəmi yarım saat sonra qərarlı protokola çevrildiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, X1 sarı işığı yanan zaman hərəkətini davam etdirərək yolayrıcına daxil olmuşdur. X4 işiqforun sarı işğında yol ayrıcına daxil olmasını əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək qərar əsaslı olduundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 8 (səkkiz) saniyədən ibarət videogörüntü mövcuddur. Videonun başlanğıcından müşahidə olunur ki, işıqforun sarı işığı yanmaqdadır və həmin zaman şikayət vermiş şəxsin idarə etdiyi 90OX732 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolayrıcına daxil olmamışdır. Həmin anda yolayrıcında 2 avtobus vardır. Videogörüntünün 2-ci saniyəsində 90OX732 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol ayrıcında iki avtobusun olmasına, işiqforun sarı işğının yanmasına baxmayaraq yolayrıcına daxil olur və önündəki avtobusun sağından manevir edərək yol ayrıcını keçir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İİİ bəndinin 3-cü yarımbəndinə əsasən sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. “Yol hərəkəti haqqında” qanunun 60-cı maddəsinin İİ bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla) “Yol hərəkəti haqqında” qanunun 60-cı maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin İV bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, X5 idarə etdiyi 90OX732 dövlət qeydiyyat nişanlı, “Hyundai Accent minik” markalı nəqliyyat vasitəsi ilə svetaforun qadağanedici işarəsi verilərkən, yəni svetaforun sarı işığ yanarkən hərəkəti davam etdirmişdir. Odur ki, X2 hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İİİ bəndinin 3-cü yarımbəndinin və həmin qanunun “60-cı maddəsinin İİ bəndinin tələblərinə əməl etməmiş və bununla da İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X8 оğlunun Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın törədilməsi müəyyən edildiyindən X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X4 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4968/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4968/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver