Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4968/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 və nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X4 04 iyul 2025-ci il tarixində saat 01:05-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində hərəkətdə olarkən Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin inspektoru polis serjantı X3 tərəfindən saxlanılmışdır. Azər Həbillahova guya avtomobilin nəqliyyat vasitələrinə sürücülər tərəfindən normativ tələblərin pozulması, avadanlığın quraşdırılması iddia edilərək İXMinin 342.2.2-ci maddəsi ilə İXP ******* protokol tərtib edilmişdir. Afər Həbillahov inspektora protokolun qanunsuz olduğunu bildirmiş və avtomobilin texniki baxışa aparılması, mütəxəssislər tərəfindən müayinədən keçməsini tələb etsə də polis əməkdaşı heç bir izah gətirməyərək kobud surətdə gedib cəriməni ödəməsini bildirmiş və avtomobilini DYP-nin müvəqqəti duracağına yerləşdirmişdir. Azər Həbillahovun mülkiyyətində olan avtomobil 2015-ci il buraxılışlı “BMW 328İ” modeldir. Avtomobilin vin kodu, markası və modelinə uyğun Türkiyə Respublikasından “X7” firmasından pnevmatik asqı sifariş edilmiş və bütün normativ tələblərə uyğun olaraq quraşdırılmışdır. Həmin sertifikatda avtomobilin kodu, markası və modeli göstərilmişdir. Əlavə olaraq da pnevmatik asqının quraşdırılması zamanı hər hansı kəsmə-doğrama işləri aparılmamış, avtomobilin əvvəlki amortizatoru çıxarılmış, sifariş olunmuş pnevmatik asqı yenisi ilə əvəzlənmişdir. Mövcud olan qanunvericilik aktlarına görə nəqliyyat vasitəsinin hər hansı normativ tələblərin pozulması, avadanlığın quraşdırılması iddia edilərkən texniki müayinədən keçirilməli, mütəxəssis tərəfindən rəy verilməli olduğu halda, hündürlüyü barədə heç bir qanun və normativ akt olmadığı təqdirdə Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşı konstutsiyaya zidd gedərək özbaşına protokol tərtib etmiş, əsassız cərimə yazmış və Afər Həbillahovun mülkiyyətində olan avtomobilini öz daxili inamına əsaslanaraq 04 iyun 2025-ci il tarixindən sahiblik hüququnu məhdudlaşdırmışdır. Sözü gedən hadisə müraciətlərinə baxmayaraq tam araşdırılmamış, düzgün qərar qəbul edilməmişdir. Bu səbəblərə görə hesab edir ki, protokol və qərar ləğv olunmalıdır. Odur ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, Afər Həbillahov 04 iyul 2025-ci il tarixində saat 01:05-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində hərəkətdə olarkən Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin inspektoru polis serjantı X3 tərəfindən saxlanılmış, sonuncu hüquqlarını müdafiə etdiyi şəxsə bildirmişdir ki, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olunmuşdur. Bununla bağlı inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmədən avtomobil duracağa aparılmışdır. Bir gün sonra Afər Abdullayev duracağa gedib, narazılığını bildirmiş və məhkəmə şikayət edəcəyini dedikdən sonra barəsində İXM-in 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Konstruksiya dəyişikliyi kimi nəzərə alınan dəyişiklik əslində pnevmatik asqı ilə bağlıdır. Pnevmatik asqı həmin avtomobilə Türkiyə Respublikasından alınmış sertifikat əsasında quraşdırılmışdır. Asqının quraşdırılması zamanı avtomobildə hər hansı kəsmə işləri görülməmişdir. Avtomobilin köhnə amortizatoru çıxarılıb yenisi ilə əvəz olunmuşdur. Avtomobildə hər hansı konkstruksiya dəyişikliyi olması barədə mütəxəssis rəyi mövcud deyil. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 01:05-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində “BMW 328İ minik” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobili normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış vəziyyətdə idarə etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və nümayəndəsinin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 04 iyul 2025-ci il tarixində saat 01:05-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində “BMW 328İ minik” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin inspektoru polis serjantı X3 tərəfindən saxlanıldıqdan sonra inspektor tərəfindən barəsində avtomobildə normativ tələblərin pozulmaqla avadanlıq quraşdırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin qeyd edilən inzibati xəta ilə razılaşmayan sürücü X4 narazılığını bildirmiş, mütəxəssis rəyi alınmasını xahiş etmişdir. Buna baxmayaraq hər hansı mütəxəssis rəyi və arayış alınmadan X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4968/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4968/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver