Məhkəmə qərarları › İş №3(001)-4978/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4978/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4978/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə rəisi, polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 küçəsi 4, inzibati bina ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə rəisi, polis mayoru X9 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən “Niva” markalı, 90ZC025 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Avtomobilin saxlanılmasına səbəb avtomobildə konstruksiya dəyişikliyi edilməsi olmuşdur. Sənədlər tələb edilən zaman avtomobili idarə edən X1 hüququnun olmaması, həmçinin həmin avtomobilə istifadə yaxud sahiblik hüququnu təsdiq edən sənədin olmaması müəyyən edilmişdir. Yolpatrul xidməti əməkdaşları tərəfindən avtomobilin duracağa təmin olunması zərurəti olduğu bildirildikdə, X10 avtomobildən enərək “lezva” ilə özünü kəsməyə başlamış, polis əməkdaşlarına hədə-qorxu gələrək xidməti vəzifələrinin icrasına mane olmağa çalışmışdır. Şəxs da avtomobildən enərək səs-küy salmış, özünü “lezva” ilə kəsməyə başlamış, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Şəxs bölməyə gətirilməsi təmin olunmuş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X10 onun tanışıdır. Birlikdə avtomobildə gedən zaman yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanmışlar. Bu zaman Namiq düşərək polis əməkdaşları ilə söhbət etməyə başlamış, daha sonra Namiq özünə “lezva” ilə xəsarət yetirməyə başlamışdır. Namiqin özünə xəsarət yetirdiyini gördükdən sonra avtomobildən enərək Namiqə mane olmağa çalışmışdır. Bu zaman tanışları olan Fərid təsadüfən orada olmuş, Namiq ona bildirmişdir ki, getsin Fəridin maşınına otursun, birlikdə avtomobili polislərə təhvil verərək birlikdə həkimə getsinlər. Çünki Namiq özünü çox kəsmişdi. Namiq və o Fəridin “Xəzər” markalı avtomobilinə əyləşmişlər, polislər yanlarına gələrək, avtomobildən düşməyi tələb etmişlər. Namiq xəstəxanaya getmək üçün telefon vasitəsi ilə taksi sifariş etmişdir. O, Namiqdən “lezvanı” Namiqin özünə xəsarət yetirməməsi üçün almışdır. Avtomobildən düşən zaman Namiqi görmədiyi üçün əsəbləşmiş, ilk dəfə belə situasiya ilə qarşılaşdığı üçün özündən asılı olmayaraq qorxudan hay-küy salmış, Namiqdən aldığı “lezva” ilə özünü kəsməyə başlamışdır. 18 yaşında olduğunu, himayəsində xəstə anasının və xəstə nənəsinin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin operatoru X11 izahatında bildirmişdir ki, “Niva” markalı, 90ZC025 dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edildiyi üçün avtomobili saxlamışlar. Avtomobil idarə edən şəxsin sürücülük vəsiqəsi və etibarnaməsi mövcud olmadığından avtomobilin duracağa təmin olunacağı bildirilmişdir. Bu zaman avtomobili idarə edən X10 özünə xəsarət yetirərək “lezva” ilə özünü kəsmişdir. Daha sonra Fərid adlı tanışlarının “Xəzər” markalı avtomobilinə minərək uzaqlaşmağa cəhd etmişlər, mülki axtarışı olan sürücünü qaçırtdığı üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilmişdir. Bu zaman X10 avtomobildən düşərək qaçmıışdır. Avtomobildə əyləşən Şəxs avtomobildən enərək “Namiq hanı?” deyə-deyə qışqırmış, özünə xəsarət yetirməyə, “lezva” ilə özünü kəsməyə başlamışdır. Dəfələrlə nizam-intizama əməl etməyə dəvət edilməsinə məhəl qoymamışdır. Daha sonra Şəxs polis bölməsinə gətirilməsi təmin edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin arxa yayları kəsik olmuş, həmçinin səsgücləndiricilər və əlavə səs siqnalları mövcud olmuşdur. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X4 izahatında bildirmişdir ki, “Niva” markalı, 90ZC025 dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edildiyi üçün avtomobili saxlamışlar. X2 səbəbləri izah edilmiş, şəxsin sürücülük vəsiqəsinin və etibarnaməsinin olmaması müəyyən edilmişdir. Avtomobilin duracağa təmin olunacağı bildirildikdə X10 aqressiya göstərərək bildirmişdir ki, “mənim maşınımı aparmaq heç kimin başı üçün deyil”. Lezva çıxararaq özünü kəsməyə başlamış, daha sonra Şəxs da özünü kəsməyə, tabesizlik göstərməyə başlamışdır. Şəxslərin bu cür əməlinə səbəb o olmuşdur ki, onlar avtomobili duracağa təmin etməkdən imtina edərək hər ikisini buraxsınlar. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları dəvət edilmiş və Şəxs polis bölməsinə gətirilməsi təmin edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin arxa yayları kəsik olmuş, həmçinin səsgücləndiricilər olmuş, əlavə olaraq da müvafiq icazə olmadan əlavə səs siqnalları quraşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 019121 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, Şəxs polis bölməsinə təmin edilən zaman qolunda kəsilmiş yaralar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs qışqıraraq polis əməkdaşlarından Namiqin tapılmasını tələb edir. Ardınca lezva ilə özünü kəsir, polis əməkdaşlarının üzərinə qışqıraraq xidməti vəzifələrinin icrasına mane olur, dəfələrlə sakitləşməsi, əlindəkini yerə atması tələb edilsə də, bu tələblərə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nin 96.1-ci fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tanışı X7 idarə etdiyi “Niva” markalı, 90ZC025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldığından və dəyişdirildiyindən, müvafiq icazə olmadan xüsusi səs siqnalları ilə təchiz edildiyindən Binəqədi RPİ DYPŞ əməkdaşarı tərəfindən saxlanılmışdır. X3 vəsiqəsi, həmçinin nəqliyyat vasitəsinə mülkiyyət və ya sərəncam hüququnu təsdiq edən sənəd olmadan avtomobil idarə etməsi müəyyən edilmişdir. Avtomobilin duracağa təmin oluması zərurəti bildirildiyindən sonra X10 qollarını və bədənin müxtəlif nahiyələrini kəsərək özünə xəsarət yetirməyə başlamışdır. Namiq Əsədəov getdikdən sonra avtomobildə əyləşmiş Şəxs polis əməkdaşlarına aqresiyya göstərərək qışqırmış, qollarını kəsməyə başlamış, polis işçilərinin qanuni fəaliyyətinə maneəçlik göstərərk, onların qanuni tələblərini qərəzli olaraq icra etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, polis əməkdaşlarının avtomobilin duracağa yerləşdirilməsi barədə tələbi tam qanuni olmuşdur. Şəxs polis əməkdaşları xidməti vəzifələrini icra edən zaman “Namiq hardadır?” deyə qışqıraraq, qollarını kəsərək polis əməkdaşlarının vəzifələrini icra etməsinə mane olmuş, polis əməkdaşlarının dəfələrlə onu nizam-intizama əməl etməsi tələb olunsa da, sonuncu həmin tələblərə məhəl qoymamışdır. Məhkəmə Şəxs səs-küy salaraq, özünə xəsarət yetirməsini, polis işçilərinin onu nizam intizama dəvət etməsinə baxmayaraq onun qanunsuz etirazlarını və aqresiyasını davam etdirməsini polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahidlərin izahatları, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və onun etirazını əks etdirən videogörüntü ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın dərhal icra edilsin və qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar