Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4980/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X11 Novruz oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X8 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş inzibati tənbeh qərarı əsassız və qanunsuz olmuşdur. “Mercedes Benz GLE 350” minik markalı, Universal tipli 90KR008 dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X2 adına qeydiyyatdadır. Həyat yoldaşı X3 ilk öncə oğlu X6, daha sonra gəlni X1 isə ona nəqliyyat vasitəsini idarə etməyi üçün etibarnamə vermişdir. Bundan sonra, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, EQ28638181 nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 400 AZN məbləğində tənbeh növü tətbiq edilmişdir. AD seriyalı 304946 nömrəli sürücülük vəsiqəsinə əsasən, qüvvədə olan sürücülük vəsiqəsi vardır. Sürücülük hüququ olduğu halda barəsində qanunsuz olaraq inzibati tənbeh barədə qərar qəbul edilərək cərimə olunmağına dair tənbeh növü tətbiq edilmişdir. Bundan əlavə, gəlni X9 tərəfindən xx.xx.2025-ci il tarixdə bu hal ilə bağlı inzibati tənbeh tətbiq edən orqana elektron formada şikayət edilməklə, nəqliyyat vasitəsinin onun tərəfindən idarə olunması bildirilərək protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi xahiş edilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş bu və ümumiyyətlə bütün protokollar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilibedilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman X2 mülkiyyətində olan avtomobildə onun ümumiyyətlə olub-olmadığının səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmağı barədə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ASAN ödəniş sisteminin rəsmi internet saytı olan AsanPay-dən çıxarışdan görünür ki, “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X8 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 360 manat cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün kimliyini müəyyən etmək mümkün deyil. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X3 “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2026-cı il tarixə qədər X7 etibar etmişdir. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətindən görünür ki, EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxt avtomobil onun tərəfindən idarə olunmuşdur. Ona görə də müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X8 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə (360 manat cərimə+ 40 manat dəbbə pulu) edilsə də, onun inzibati xətanın törədildiyi vaxt “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, X8 bildirir ki, xx.xx.2025-ci il tarixdə avtomobili o, idarə etməmişdir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün məhz X8 olduğunu da müəyyən etmək mümkün olmamışdır. Belə olan halda da inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda “Mercedes Benz GLE 350” minik markalı, 90KR008 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28638181 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4980/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4980/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver