Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4983/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3, Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə o, 29 avqust 2024-cü il tarixdə gecə saat 02:40 radələrində Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsində Binəqədi RPİ-in DYPŞ-in YPX inspektorları polis serjantları İ.Quluzadənin və E.Məmmədlinin qanuni tələbinə qəsdən tabe olmamış, küçədə yüksək səslə danışaraq xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən 29 avqust 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 avqust 2024-cü il tarixdə gecə saat 02:40 radələrində Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsində Binəqədi RPİ-in DYPŞin YPX inspektorları polis serjantları İ.Quluzadənin və E.Məmmədlinin qanuni tələbinə qəsdən tabe olmamış, küçədə yüksək səslə danışaraq xırda xuliqanlıq etmişdir. Belə ki, həmin tarixdə və saatda Binəqədi RPİ-in DYPŞ-in YPX inspektorları polis serjantları İ.Quluzadə və E.Məmmədli Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsində “Hyundai” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xanım sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Xanım sürücüdən kəskin alkoqol iyi gəldiyi üçün ondan avtomobili tərk etməsini tələb etmişlər. Bu zaman sürücünün yanında əyləşmiş Şəxs inspektorlara xanım sürücüyə yaxınlaşmamağı bildirmiş, xanım sürücüyə isə sərnişin oturacağına keçməsini demişdir. İnspektorlar Şəxs xidməti vəzifələrini yerinə yetirməyə mane olmamasını tələb etsələr də, o polisin qanuni tələbinə mane olmamış, xanım sürücünün müayinə üçün aparılmasına imkan verməmişdir. Daha sonra yüksək səslə ictimai yerdə səs-küy yaratmış, sürücünü qaçırmağa çalışmışdır. ƏÇPA-ın əməkdaşlarının köməkliyi ilə Şəxs 5-ci PB-yə aparılmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsində yerləşən yaşayış binasında yaşayır. X2 nişanlısıdır. xx.xx.2024-cü ildə gecə saatlarında yaşadığı evdə az miqdarda spirtli içki qəbul etmişlər. Bundan sonra evdən çıxmış, nişanlısı Nəzrini evinə yola salmaq üçün ayıq sürücü çağırmışdır. Ayıq sürücü gələnə kimi isə nişanlısına məxsus “Hyundai” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində gözləmişlər. Bu zaman onlara post patrul xidmətinin əməkdaşları yaxınlaşıb nə etdiklərini soruşmuş, onlara ayıq sürücü gözlədiklərini dedikdən sonra bura qədər avtomobili içkili halda idarə etdiklərini deyən polis əməkdaşları əraziyə yol polisi çağırmışlar. Yol polisi əməkdaşları gəldikdən sonra onlara da içkili halda avtomobili idarə etmədiklərini, ayıq sürücü çağırdıqlarını desə də, buna əhəmiyyət verilməmiş, güc tətbiq edərək onu 5-ci PB-yə aparmışlar. Tabesizlik göstərməmiş, xırda xuliqanlıq törətməmişdir. Məhkəmə iclasında şahid X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun izahat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in YPX inspektorları polis serjantları İ.Quluzadə və E.Məmmədli tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, 29 avqust 2024-cü il tarixdə gecə saat 02:40 radələrində Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsində Binəqədi RPİ-in DYPŞ-in YPX inspektorları polis serjantları İ.Quluzadə və E.Məmmədli “Hyundai” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xanım sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Xanım sürücüdən kəskin alkoqol iyi gəldiyi üçün ondan avtomobili tərk etməsini tələb etmişlər. Bu zaman sürücünün yanında əyləşmiş Şəxs inspektorlara xanım sürücüyə yaxınlaşmamağı bildirmiş, sürücüyə isə sərnişin oturacağına keçməsini demişdir. İnspektorlar Şəxs xidməti vəzifələrini yerinə yetirməyə mane olmamasını tələb etsələr də, o polisin qanuni tələbinə mane olmamış, xanım sürücünün müayinə üçün aparılmasına imkan verməmişdir. Daha sonra yüksək səslə ictimai yerdə səs-küy yaratmış, sürücünü qaçırmağa çalışmışdır. ƏÇPA-ın 2-ci PB-ün polis nəfərləri polis serjantları R.İsayev və M.Babazadə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, 29 avqust 2024-cü il tarixdə gecə saat 02:40 radələrində Binəqədi rayonu 7-ci mkr., F.Məlikov küçəsinə yaxınlaşmaları barədə çağırış daxil olmuşdur. Çağırış əsasında həmin küçəyə yaxınalaşmışlar. Orada Şəxs Binəqədi RPİ-in DYPŞ-in YPX inspektorları polis serjantları İ.Quluzadə və E.Məmmədlinin xidməti vəzifələrini yerinə yetirməyə mane olduğunu, polisin qanuni tələbinə tabe olmadığının şahidi olmuşlar. Şəxs 5-ci PB-yə dəvət etsələr də, yüksək səslə ictimai yerdə səs-küy yaratmış, getməkdən imtina etmişdir. Məcburi şəkildə onu 5-ci PB-yə aparmışlar. Hadisə zamanı qeydə alınmış videogörüntülərdən görünür ki, X2 içkili halda “Hyundai” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qısa məsafə qət etdiyini və bundan sonra ayıq sürücü çağırdığını etiraf edir. Bundan başqa Şəxs inspektorlara xanım sürücüyə yaxınlaşmamağı bildirir. İnspektorlar Şəxs xidməti vəzifələrini yerinə yetirməyə mane olmamağı tələb etsələr də, o buna məhəl qoymur, uzun müddət sürücü X1 müayinə üçün aparılmasına imkan vermir. Daha sonra ƏÇPA-ın 2-ci PB-ün polis nəfərləri tərəfindən polis bölməsinə aparılır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki,təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi sübuta yetirilməmişdir. Bunu hadisə zamanı qeydə alınmış videogörüntülərdəki məlumatlar da təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və öz əməlinə mənfi münasibətini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə tərtib olunmuş protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından həmin hissədə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4983/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4983/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver