Məhkəmə qərarları › İş №3(001)-4984/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4984/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4984/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Binəqədi Rayon Dövlət X4 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X2 tərəfindən verilmiş şikayət ərizəsi daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir. Çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Həmin qərar ərizəyə əlavə edilmədiyi üçün qeyd edilən inzibati xətanın harada baş verməsi müəyyən edilmədiyindən inzibati xəta haqqında işin aidiyyətinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi olub-olmamasını müəyyən etmək mümkün deyildir. X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar