Məhkəmə qərarları › İş №3(001)-4987/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4987/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4987/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı X5 və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən X2 barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallar araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən eyni əməlin törədilməsinə görə bir neçə protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Həmçinin iş № 3(001)-4987/2025 və 3(001)-4991/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3(001)-4991/2025 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, qərara aldı: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan 3(001)-4987/2025 saylı və 3(001)-4991/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3(001)-4991/2025 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar