Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4990/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 13C, mənzil 146, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 23 avqust 2024-cü il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 26 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, vəsatətə əlavə edilmiş **********126 və **********7559 nömrəli Gömrük Bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 12 avqust 2021-ci il tarixdə tərəflər arasında olan PT202100812 nömrəli alqı-satqı müqaviləsinə və 05 may 2022-ci il tarixli PT20220197 PROFORMA FATURA sənədinə əsasən sonradan ödənilən, yəni mallar alındıqdan sonra ödənilən 20212,50 USD məbləğində vəsaitə görə “Texnopanel Catı və X3 San və Tic AS” şirkəti tərəfindən mallar ixrac olunan pul vəsaitinə görə tam olaraq müvafiq olaraq 24 may 2022 və 23 may 2022-ci il tarixlərdə Azərbaycana idxal edilmişdir. X1 məlumatlarla inzibati işin materiallarına əlavə edilmiş sənədlərlə müqayisə etdikdə təsdiq olunur. Belə ki, gömrük bəyannaməsinin 2-ci qrafasında göndərən şirkət kimi “Texnopanel Catı və X3 San və Tic AS” qeyd olunmuşdur. Gömrük bəyannaməsinin 8-ci qrafasında Malın qəbul edən şirkət kimi Şəxs MMC qeyd olunmuşdur. Gömrük bəyannaməsinin 44-cü qrafasında (4011) müqavilənin nömrəsi PT202100812, müqavilənin tarixi xx.xx.2021 kimi qeyd olunmuşdur. Gömrük bəyannaməsinin 44-cü qrafasında (8001) Proforma nömrəsi PT20220197, tarixi xx.xx.2022 kimi qeyd olunmuşdur. Beləliklə qanunvericiliklə müəyyən olunuş müddət ərzində alınmış mallara dair pul 20212.50 USD məbləğində vəsait ödənilmişdir. Bundan başqa İXM-in 430.4-cü maddəsində qeyd olunan avans ödənişi hazırki işə aid etmək olmaz, çünki Şəxs MMC tərəfindən 12 avqust 2022-ci il tarixdə ödənilən 20212.50 USD avans ödənişi deyil, mallar alnıdıqdan sonra edilmiş ödənişdir. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, PT202100812 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəxs MMC ilə “Teknopel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş.” şirkəti arasında dəyəri ******* (bir milyon) ABŞ dolları olan alqı-satqı müqaviləsı bağlanmışdır. Ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC "xxxx" ASC-də olan hesabından 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixli PT202100812 nömrəli alqı-satqı müqaviləsi əsasında 26 iyul 2022-ci il tarixdə “Teknopel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş.” şirkətinin hesabına köçürmüşdür. "xxxx" ASC-in Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 öz etirazının əsası kimi məhkəməyə 2 gömrük bəyannaməsi təqdim etmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində məbləğ 9741,20 ABŞ dolları, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində məbləğ 10584 ABŞ dollarıdır. Məhkəmə təqdim olunan gömrük bəyannamələrindəki məlumatları iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan 10584 ABŞ dolları məbləğ hüquqi şəxs Şəxs MMC-in "xxxx" ASC-də olan hesabından 26 iyul 2022-ci il tarixdə PT202100812 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Teknopel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş.” şirkətinin hesabına köçürmüş vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi kimi qəbul olunandır. Digər, yəni xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan 9741,20 ABŞ dolları məbləğ isə hüquqi şəxs Şəxs MMC-in bu işlə əlaqəsi olmayan xx.xx.2022-ci il tarixli ödənişinə bağlanmışdır. Başqa sözlə, həmin gömrük bəyannaməsi hüquqi şəxs Şəxs MMC-in "xxxx" ASC-də olan hesabından 26 iyul 2022-ci il tarixdə PT202100812 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Teknopel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş.” şirkətinin hesabına köçürmüş 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi kimi qəbul oluna bilməz. Bununla belə hüquqi şəxs Şəxs MMC-in əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş ümumi vəsait 20121.36 (iyirmi min yüz iyirmi bir dollar otuz altı sent) ABŞ dollarıdır. Həmin məbləğdən xx.xx.2022ci il tarixli gömrük bəyannaməsində qeyd olunan 10584 ABŞ dolları çıxıldıqda, 9537,36 ABŞ dolları qalır ki, bu məbləğ də Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda nəzərdə tutulmuş geri qaytarılmayan məbləğin qalıq dəyəri kimi müəyyən edilmiş miqdardan (10000 ABŞ dolları) çox deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 23 avqust 2024-cü il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4990/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4990/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver