Məhkəmə qərarları › İş №3(001)-4994/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4994/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4994/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 3(001)-4994/2024 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi QƏRAR (iş üzrə icraata xitam verilməsi haqqında) 26 sentyabr 2024-cü il Bakı şəhəri Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC, AZ1111, ünvan 1, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən (bundan sonra 11 saylı RETSİ) daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: 11 saylı RETSİ-in aparıcı məsləhətçisi X6 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında Protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-in tabeliyində fəaliyyət göstərən “ELMED” Tibb Mərkəzi tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış 11 saylı RETSİ nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə İnzibati xəta haqqında Protokola 11 saylı RETSİ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X4 inzibati xəta haqqında protokolun dəlillərilə razılaşmayaraq izahatında bildirmişdir ki, “ELMED” Tibb Mərkəzi tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin uçotu və hesabatı aparılır. “ELMED” Tibb Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”inə uyğun olaraq müalicəprofilaktika müəssisəsi kimi tibbi tullantıların toplanması, saxlanması və kənarlaşdırılması üçün müvafiq müəssisə ilə müqavilə bağlamış və həmin müəssisə tərəfindən tibbi tullantıların kənarlaşdırılması həyata keçirilir. Bununla yanaşı “ELMED” Tibb Mərkəzi əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatlarının aparılmasını da təmin edir. Bununla belə bu vaxta kimi heç bir orqan tərəfindən onlara hesabatların təqdim edilməsilə bağlı müraciət edilməmişdir. Əgər müraciət edilmiş olsa idi, buna dair zəruri sənədləri təqdim edərdilər. Nümayəndə S.K.Sadıqzadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, 11 saylı RETSİ ilə onlar arasında hesabatın hər il 31 yanvar tarixinədək təqdim edilməsinə dair hər hansı razılaşma olmamışdır. 11 saylı RETSİ “ELMED” Tibb Mərkəzinə hesabatın təqdim edilməsilə bağlı məktub göndərməmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 iyul 2024-cü il tarixli 85876 nömrəli aktdan görünür ki, “ELMED” Tibb Mərkəzinin rəhbərliyinə “Tibbi tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 1№-li tibbi tullantıların illik rəsmi statistik hesabat formasının tələblərə uyğun olaraq tərtib edərək 11 saylı RETSİ-yə təqdim edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli 3-14-26/2-481/2024 nömrəli xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq məsələyə münasibət bildirilməmiş, eyni zamanda həmin tibbi müəssisəsinə xx.xx.2024-cü il tarixdə saat 10:00-da 11 saylı RETSİ-də aparılacaq inzibati araşdırmada iştirak edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli məktub təqdim edilmiş, lakin müəssisə araşdırmaya gəlməkdən və müvafiq sənədləri təqdim etməkdən imtina etmişdir. 19 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-in tabeliyində fəaliyyət göstərən “ELMED” Tibb Mərkəzi tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmadığına görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” in 1.1-ci bəndinə əsasən bu Tələblər “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən hasil olan müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir. 8.4-cü bəndinə görə müalicə-profilaktika müəssisələrinin rəhbərliyi əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatlarının aidiyyəti orqanlara təqdim olunmasını və “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 mart tarixli 41 nömrəli qərarına əsasən bu tullantıların pasportlaşdırılmasını təmin edir. Göründüyü kimi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu (18-ci maddə) hüquqi şəxslərdən (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağı, eyni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrinin rəhbərliyindən əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatlarının aidiyyəti orqanlara təqdim olunmasını tələb edir. Lakin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda, nədə ki, “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” də bu uçot və hesabatın hansı dövr üzrə (aylıq, rüblük, illik) aparılmalı olduğu və hər il 31 yanvar tarixinədək aidiyyəti orqanlara təqdim olunması öz əksini tapmamışdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinə dair hesabatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim etməlidirlər. 11 saylı RETSİ tərəfindən məhkəməyə sözügedən hesabatın hər il 31 yanvar tarixinədək təqdim edilməsinə dair Şəxs MMC və ya onun təsərrüfat subyekti olan “ELMED” Tibb Mərkəzi ilə razılaşma olmasına dair sübut təqdim edilməmiş, hüquqi şəxsin nümayəndəsi razılaşma olduğunu təsdiq etməmişdir. Eyni zamanda 11 saylı RETSİ-in protokola əlavə etdiyi “ELMED” Tibb Mərkəzinə ünvanladığı hesabatın təqdim edilməsilə bağlı məktubun onlar tərəfindən alındığı da görünmür. Hesabatın təqdim edilməsinin dəqiq müddəti inzibati xəta hadisəsinin nə vaxt baş verməsinin müəyyən edilməsi üçün zəruridir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan 19 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix olaraq xx.xx.2024-cü il qeyd etsə də, 19 iyul 2024-cü il tarixli 85876 nömrəli aktda tibbi tullantıların illik rəsmi statistik hesabat formasının xx.xx.2024-cü ilədək təqdim edilmədiyini göstərmişdir. İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini nizamlayan 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Şəxs MMC həqiqətəndə sözügedən hesabatı 31 yanvar tarixinədək təqdim etməli olduğu halda təqdim etməmişdirsə, belə olan halda aşkar inzibati xəta faktı barədə protokolun 6 ay sonra tərtib edilməsi də qanunsuz olmaqla İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini nizamlayan 101-ci maddəsinin tələbinə cavab vermir. Belə ki, inzibati xətaların qarşısının alınması prinsipini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən, dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən inzibati xəta haqqında protokol inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir. Məhkəmə hesab edir ki, ətraf mühitin qorunmasına nəzarəti həyata keçirən orqan “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” dən irəli gələn vəzifələrə uyğun olaraq xidməti ərazisində fəaliyyət göstərən müalicə-profilaktika müəssisələrinin rəhbərliyi ilə onların təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinə dair hesabatın təqdim edilməsi müddətlərini razılaşdırılmalı, razılaşdırılmış müddət başa çatdıqdan sonra hesabatı aparmayan və təqdim etməyən müalicə-profilaktika müəssisələri barəsində vaxtında tədbirlər görməlidir. Hazırkı işdə isə 11 saylı RETSİ “ELMED” Tibb Mərkəzindən hesabatın hər il 31 yanvar tarixinədək təqdim edilməsini tələb edərək, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə istinad etsə də, həmin qanunda və qaydalarda buna (hesabatın hər il 31 yanvar tarixinədək təqdim edilməsinə) dair göstəriş yoxdur. Məhkəmədə hüquqi şəxs Şəxs MMCin təqdim etdiyi sənədlərə baxış keçirilərkən tibb mərkəzinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”dən irəli gələn vəzifələri yerinə yetirməsi müəyyən edilmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında Protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev İş № 3(001)-4996/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 11 sentyabr 2024-cü il Bakı şəhəri Hakimi Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 15:15-də başlanır. Sədrlik edən məhkəmənin iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərin gəlib-gəlmədiklərini yoxlayır. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 11:00-a təxirə salınsın. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. SƏDRLİK EDƏN: K A T İ B: İş № 3(001)-4996/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 24 sentyabr 2024-cü il Bakı şəhəri Hakimi Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 11:00-da başlanır. Sədrlik edən məhkəmənin iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərin gəlib-gəlmədiklərini yoxlayır. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi C.Əhmədov telefonla məhkəməyə öncədən məlumat verərək, məhkəmə iclasının iştirak edə bilmədiyi üçün təxirə salınmısını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 15:50-ə təxirə salınsın. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. SƏDRLİK EDƏN: K A T İ B: İş № 3(001)-4996/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 26 sentyabr 2024-cü il Bakı şəhəri Hakimi Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 15:50-də başlanır. Sədrlik edən məhkəmənin iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərin gəlib-gəlmədiklərini yoxlayır. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5 məhkəmə iclasına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən məhkəmənin tərkibini elan edərək, sədrlik edənin hakim Ağayev Elçin Zəkəriyə oğlu və məhkəmə iclas katibinin Həsənzadə Fuad Fərhad oğlu olduğunu bildirib, proses iştirakçısından məhkəmənin tərkibinə və məhkəmə iclas katibinə etirazlarının olub-olmadığını soruşur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5 məhkəmənin tərkibinə və məhkəmə iclas katibinə etirazı olmadığını bildirir. Sədrlik edən nümayəndənin səlahiyyətini yoxlayır (etibarnamə işə əlavə edilmişdir). Sədrlik edən məhkəmə iclasının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə bağlı proses iştirakçısının fikrini soruşur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X5 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini xahiş edir. Məhkəmə yerində müşavirə edib qərara alır: Məhkəmə iclasının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən izahat vermək üçün sözü barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X3 verir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 izahatı İnzibati xəta haqqında protokolun dəlillərilə razılaşmırıq. **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi Şəxs MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün tərtib edilmişdir. Broker şirkəti tərəfindən qısa idxal bəyannaməsinin 8-ci qrafasında “Malı qəbul edən/İdxalçı” qismində səhvən "xxxx" MMC qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirik. Suallar olmadı. Sədrlik edən işdə iştirak edən şəxsdən əlavə və vəsatətlərinin olub-olmadığını soruşur. Əlavə və vəsatət daxil olmadı. Sədrlik edən işdə olan sənədləri elan edir. Elan edilmiş sənədlərlə bağlı vəsatət daxil olmadı. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını elan edir. Sədrlik edən çıxış üçün sözü barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X3 verir: -İş üzrə icraata xitam verilməsini xahiş edirik. Sədrlik edən çıxışı dinlədikdən sonra müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. SƏDRLİK EDƏN: K A T İ B: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ AZ1116, Bakı şəhəri, 7-ci mk., Abay Kunanbayev 4E www. binagadicourt.gov.az Elektron ünvan İş № 3(001)-4996/2024 27 sentyabr 2024-cü il Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə Bakı ş.,Salyan şossesi 14-cü km Şəxs MMC-yə AZ1111, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan 4 mkr.,ev 29A, mənzil 31, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-4996/2024 saylı qərarı Sizə göndərilir. Qoşma: qərar. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar