Məhkəmə qərarları › İş №3(001)-4994/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4994/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4994/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən, vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X5 küçəsi ünvanında xx.xx.2025-ci il tarixində saat 16:40-da “X6” adlı obyektin üzərində İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005 və İ**********0006 nömrəli icazələrin şərtlərini pozaraq açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X5 küçəsi ünvanında Şəxs məxsus “X7” adlı obyektdə İ**********0001, İ**********0002, İ**********0003, İ25011092 510004, İ**********0005 və İ**********0006 nömrəli icazələrin tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol 08 iyul 2025-ci il tarixdə tərtib edilmiş, Şəxs isə ödənişi 15 iyul 2025-ci il tarixdə etmişdir. Yəni yenə də ödənişi gecikdirmişdir. Göstərişin çatdırılması ilə bağlı bildirmişdir ki, şəxsən göstəriş Şəxs özünə deyil, onların əməkdaşlarından biri olan “Hümbətov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Amma, həmin şəxsin kim olduğunu bilmirlər. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, “X7” adlı obyekti o işlədir, həmin obyektlə bağlı reklam agentliyinə olan vəsaiti tam olaraq ödəmişdir. 2025-ci il iyulun 15-də ödəniş etmiş, bu barədə ilk əvvəl məlumatı olmamış, ona görə qeyd etdiyi tarixdə 1145 manat ödəniş etmişdir. Bununla bağlı qəbzi də var, həmin qəbzi də məhkəməyə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, göstəriş barədə xəbəri olmamış, keçən ildə illik 1145 manat ödəniş etmişlər. Göstərişi qəbul edənin kim olduğunu bilmir, göstəriş barədə isə məlumatı gec olmuşdur. Göstəriş barədə məlumatı olan kimi də ödənişi həyata keçirmiş, həmin obyekti də 2025-ci ilin mart ayından təhvil vermiş və orada hal-hazırda başqa şəxs fəaliyyət göstərir. Ona reklamın ödənişi barədə gec deyilmişdir. Sadəcə VÖEN onun adına olduğu üçün borc onun adına gəlmişdir. Hal-hazırda isə artıq onun adından çıxmış, ümumiyyətlə may ayından sonra o həmin obyektdə olmamış və obyekti təhvil vermişdir. İllik tam ödənişi isə həyata keçirmişdir.Verilmiş suala cavab olaraq isə Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona göndərilən göndərişi xx.xx.2025-ci il tarixdə qəbul etmiş “Hümbətov” soyadlı şəxsin kim olmasını bilmədiyini, həmin şəxsi tanımadığını bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinlyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X5 küçəsi ünvanında yerləşən “X7” adlı obyektin üzərində İ**********0001, İ**********0002, İ**********0003, İ**********0004, İ**********0005 və İ**********0006 nömrəli icazələrin tələbləri pozularaq, yəni müvafiq yayım haqqı məbləği vaxtında ödənilməyərək reklam yayımının həyata keçirildiyi müəyyən edildiyinə və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edildiyinə istinad olunaraq "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nı 3cü bəndini rəhbər tutaraq xx.xx.2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, yəni icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində müvafiq yayım haqqı məbləğini ödəməyi Şəxs tələb edilmiş, əks təqdirdə, icazənin tələbləri pozularaq müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən reklam yayımına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 540886 nömrəli qəbzdən görünür ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X5 küçəsi ünvanıni qeyd edilməklə Şəxs göndərilən göndərişi xx.xx.2025-ci il tarixdə “Hümbətov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilmişdir. “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “X7” adlı obyektin üzərində müvafiq haqqında vaxtında ödənilmədən 6 ədəd 24,88 m2 ölçüdə reklam aşkar edilmişdir. M**********0001 nömrəli yayım haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, Şəxs tərəfindən 1145.07 AZN ödəniş edilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs fərdi sahibkar kimi qeydiyyata alınmış, VÖENi **********-dir. “Asan ödəniş” sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:04-də X3 hesabına 1145,07 AZN ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir; “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.3-cü maddəsinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır). Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə reklam yayım haqqı üçün nəzərdə tutulmuş 1145,07 AZN ödənişi həyata keçirmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı halları müəyyən edildikdə 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edilir. Halbuki, hazırki iş üzrə “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” xx.xx.2025-ci il tarixli göstərişin reklam yayıcısına çatdırılması təsdiqini tapmır. "xxxx" MMC tərəfindən verilmiş 540886 nömrəli qəbzdə Şəxs göndərilən göndərişi xx.xx.2025-ci il tarixdə “Hümbətov” soyadlı şəxsin qəbul etdiyi qeyd edilsə də, həmin qəbz mötəbər sübut kimi təqdim edilə bilməz. Belə ki, həmin “Hümbətov” soyadlı şəxsin kim olduğunu müəyyən etmək mümkün olmamışdır. Şəxs İlyqas oğlu da məhkəmə iclasında qeyd edilən şəxsi tanımadığını bildirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, göstərişin reklam yayıcısına təqdim edilməli olmasıkonkret olaraq göstərilmişdir. Bu halda həmin göstəriş Şəxs təqdim edilməli idi. İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Məhkəmə iclasında verdiyi izahatında da Şəxs göstərişin ona çatdırılmadığını bildirmişdir. Qəbzin üzərində “Hümbətov” soyadlı şəxsə verilməsinin qeyd edilməsi, həmin şəxsin kim olması barədə heç bir qeyd aparılmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərişin ona çatmaması barədə dediklərini inandırıcı edir. Məhkəmə göstərişin reklam yayıcısına çatdırılmadığı halda onun barəsində icazənin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə protokol tərtib edilməsini qanunauyğun hesab etmir. Nəzərə alınmalıdır ki, Şəxs ödəniş etməli olduğundan məlumatlı olduğu andan yayım haqqını illik olaraq ödəmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X5 küçəsi ünvanında xx.xx.2025-ci il tarixində saat 16:40-da “X6” adlı obyektin üzərində müvafiq icazələrin şərtlərini pozaraq açıq məkanda reklam yerləşdirilməsini qeyd etsə də, Bakı şəhəri Reklam İdarəsi tərəfindən hesablanmış ödənişlər Şəxs tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar