Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4996/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində X5 protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC, AZ1111, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan 4 mkr.,ev 29A, mənzil 31, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş X5 protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, g/x kiçik leytenantı X1 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli X5 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X5 Protokola əsasən, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində “Mazımqara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qeyd olunan yükə dair **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük organına rəsmiləşdirmək üçün xx.xx.2024-cü il tarixdə saat 15:10-da elektron formada göndərilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 15:10-da gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Lakin gömrük organına təqdim edilən **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin və **********6731 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 8-ci qrafasında "xxxx" MMC-in adı qeyd olunsa da, mal müşayiət sənədlərində, yəni xx.xx.2024-cü il tarixli GBA**********023 nömrəli invovs və nəqliyyat sənədlərində alıcı qismində "xxxx" MMC-in adı qeyd edilmiş, bununla da gömrük orqanına təqdim edilən bəyannamə ilə mal müşayiət sənədlərində uyğunsuzluq yaranmışdır. Beləliklə, "xxxx" MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X5 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində X5 icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X4 X5 protokolun dəlillərilə razılaşmayaraq izahatında bildirmişdir ki, **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi "xxxx" MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün tərtib edilmişdir. Broker şirkəti tərəfindən qısa idxal bəyannaməsinin 8-ci qrafasında “Malı qəbul edən/İdxalçı” qismində səhvən "xxxx" MMC qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə X5 işin materiallarını yoxlayıb, X5 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X5 icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. GB-in 8-ci qrafasına əsasən “Malı qəbul edən/İdxalçı” "xxxx" MMC-dir. **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində ölkə ərazisinə daxil olmuş mallar üçün qısa idxal bəyannaməsi tərtib edilmişdir. GB-in 8-ci qrafasına əsasən “Malı qəbul edən/İdxalçı” "xxxx" MMC-dir. **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindəki və **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindəki bütün məlumatları bir-birilə əlaqəli şəkildə təhlil etdikdə aydın olur ki, **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi əslində "xxxx" MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün tərtib edilmiş, lakin bəyannaməçi/təmsilçi "xxxx" MMC tərəfindən yazı xətasına yol verilərək, qısa idxal bəyannaməsinin 8-ci qrafasında “Malı qəbul edən/İdxalçı” qismində "xxxx" MMC-in əvəzinə "xxxx" MMC qeyd olunmuşdur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" MMC-in ünvanına 34KL0672/34BSD927 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi kimi nəticəyə gəlməklə səhvə yol vermişdir. Belə ki, **********6731 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsi olaraq **********2371 sorğu nömrəli xx.xx.2024-cü il tarixli bəyannamə çıxış edir. Bəyannamələrin 8-ci qrafasında “Malı qəbul edən/İdxalçı” qismində fərqli idxalçıların göstərilməsi isə qısa idxal bəyannaməsinin tərtib edilmədiyi kimi nəticəyə gəlməyə əsas vermir, çünki hər iki bəyannaməki məlumatlar birbirilə əlaqəli şəkildə təhlil edildikdə aydın olur ki, bəyannamələr bir-birini tamamlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində X5 protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X5 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X5 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda X5 başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-in barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli X5 protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4996/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4996/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver