Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda fəaliyyət göstərən "xxxx" şadlıq sarayının fəaliyyəti zamanı xx.xx.2022-ci il tarixdə ətraf mühitə atılan zərərli maddələrin normadan artıq olması müəyyən edilmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxs barəsində tərtib edilmiş protokolun qanuni olduğunu və inzibati xəta hadisəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən törədildiyini nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli kollektiv şikayətin araşdırma nəticəsi ilə bağlı bildirmişdir ki, bir qrup vətəndaş Bakı çəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal 72 ünvanında yaşadıqları binanın yaxınlığında yerləşən “Millenium”, "xxxx", “Üzeyir” şadlıq saraylarının fəaliyyəti zamanı sağlamlıqlarına təhlükəsi olan tüstünün ətraf mühitə yayılmasından narahatlıqlarını bildirərək məsələnin nəzarətə götürülməsini xahiş etdiklərini bildirmişdirlər. Məhkəməyə xx.xx.2022-ci il tarixli 00143 saylı aktı təqdim edərək “Üzeyir” şadlıq sarayında ölçmə işlərinin aparıldığını və nəticəsinin rəsmiləşdirildiyini, şükayətdə adı çəkilən "xxxx" restoranına isə ümumiyyətlə baxış keçirmədiklərini qeyd etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Əvvəlki məhkəmə iclalarında iştirak edən hüquqi şəxsin nümayəndəsi restorandan ətrafa heç bir tüstü və ya digər zərərli materiallar atılmadığını qeyd edərək iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, mütəmadi olaraq restoranın tüstü bacaları və havalandırma sistemində təmizlik işləri həyata keçirilir və ətrafa zərərli maddələrin atılmaması üçün tərəflərindən müvafiq tədbirlər görülür. Məhkəməyə ak tərtib edərək sonuncu dəfə restoranda 18 sentyabr 2022-ci il tarixdə bacaların təmizlənməsi ilə bağlı müvafiq şirkət tərəfindən təmizlik işləri aparılmışdır. Kollektiv şikayətdə restoranın adı qeyd edilsə də o hesab edir ki, səlahiyyətli orqanlar tərəfindən pozuntunun olub-olmadığı araşdırılmalıdır. Həmin ünvanda yerləşən Üzeyir şadlıq sarayında kollektiv şikayətin araşdırılması ilə bağlı ölçmə işlərinin aparıldığını, pozuntunun aşkarlandığını lakin onların restoranında heç bir zərərli tüstü və digər materialın tullanması halının mövcud olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2346/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X3 və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2206/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib olunmuş 0300 nömrəli, xx.xx.2022-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şifahi tapşırığına əsasən "xxxx" şadlıq evinə ətraf ərazilərdə atmosferə atılan tullantıların miqdarının təyin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, obyektdə qaz-toz tutucu qurğu quraşdırılmışdır, lakin ətraf ərazidə qatı tüstülənmə müşahidə edilib. Ölçmə işləri iaşə obyekti fəaliyyətdə olarkən saat 19:05 dəqiqədə ANKAT-64M3-03 cihazı vasitəsilə aparılmışdır. Nəticələrə əsasən, CO-9 mq/m3 (norma: 5,0 mq/m3), təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müşahidə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "Sonalar Sonası” şadlıq sarayının fəaliyyəti zamanı xx.xx.2022-ci il tarixdə ətraf mühitə atılan zərərəli maddələrin miqdarı normadan artıq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.096.2022-ci il tarixli 14/KOL909 saylı məktubundan görünür ki, vətəndaş Veysəl Əfəndiyev və digərlərinin tərəfindən edilən müraciət baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə araşdırılaraq nəticəsi barədə vətəndaşlara məlumat verilməsi üçün göndərilmişdir. xx.xx.2022-ci il tarixli, Kol 909 saylı məktubdan görünür ki, bir qrup vətəndaş Bakı çəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal 72 ünvanında yaşadıqları binanın yaxınlığında yerləşən “Millenium”, "xxxx", “Üzeyir” şadlıq saraylarının fəaliyyəti zamanı sağlamlıqlarına təhlükəsi olan tüstünün ətraf mühitə yayılmasından narahatlıqlarını bildirərək məsələnin nəzarətə götürülməsini xahiş etmişdirlər. xx.xx.2022-ci il tarixli 000143 saylı aktdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsinin əməkdaşları Bakı çəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Üzeyir” şadlıq sarayında monitorinq ölçmə işləri aparılmış və nəticəsinə dair akt tərtib edilmişdir. Ölçmə işlərinin nəticəsində vizual baxış zamanı qaz-toz tutucu təmizləyici qurğudan və bacadan kənara çıxma müşahidə edilmədiyi, lakin ətraf mühit üçün yol verilən normadan artıq havanın çirkli olması müşahidə edilmişdir. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Sonalar Sonası şadlıq sarayında obyetlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxının keçirilməsi və görülmüş işlər barəsində akt tərtib edilmişdir. Aktda şadlıq sarayının mətbəxində quraşdırılmış manqal, onun tüstü bacaları, su əsaslı tüstü boğucu filter qurğularının texniki servisinin aparıldığı, təmizləndiyi və tam saz vəziyyətə gətirildiyi qeyd edilmişdir. Görülən işlərin dəyəri 3200 manat təşkil etmişdir. İş materiallarına apellyasiya şikayəti verilən zaman əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman içərisində heç bir fayl müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 Monitorinq İdarəsinin mühəndisi X4 vətəndaşların müraciəti əsasında tərəflərindən çox saylı reydlər həyata keçirildiyini bildirərək Binəqədi rayonu, Mir Cəlal küçəsi 322 ünvanında fəaliyyət göstərən "xxxx" şadlıq evində xx.xx.2022-ci il tarixdəmonitorinq keçirdiklərini və ətrafv ərazidə qatı toz dumanı olduğundan xüsusi ölçmə aparatı ilə havanın çirkliliyinin müəyyən edildiyini və həmin vaxt obyektin nümayəndəsi Nümayəndə da orada olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il saat 15:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus retorana yerli baxış keçirilmişdir. Yerli baxışda inzibati orqanın nümayəndəsi iştirak etməmiş və inzibati orqanın hər hansı bir mütəxəssisinin iştirakı da təmin etməmişdir. Yerli baxış zamanı restoranın mətbəxindəki manqala, tüstü bacalarına həmçinin tüstü bacalarının restoranın dam örtüyünə doğru uzanan çıxış yerinə nəzər yetirilmiş tüstü boğucu filyetlərinin işlək olması müəyyən edilmiş, manqal işə salınan zaman tüstü bacasından hər hansı bir tozun, dumanın çıxmadığı müəyyən edilmişdir. Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, restoranın dam örtüyünə çıxılmamış, toz-dumanı olduğu iddia edən zərərli tüstünün həqiqətən həmin rtestorana məxsus tüstü bacasından qaynaqlanmasını dəqiq müəyyən etməmiş, ölçmə vasitəsi qeyd olunmamış, yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həyata keçirilmiş yoxlama aktı və fotoşəkil əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən mufafiq sertifakatı olan və metroloji sınaqdan keçmiş ölçü sihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitlər adlanır. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Göründüyü ki, işdə olan həm monitorinq aktı, həm də protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəriciləri (elektron qaydada), ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Halbuki, bu İXMnin 100.1.8-ci maddəsinin birbaşa tələbidir. Bundan başqa monitorinq aktı və protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “Ankat” 64M3-03 modelli cihazın göstəricisi CO-9 mq/m3 (norma: 5,0 mq/m3) qeyd olunsa da buna dair cihazdan birbaşa elektron çıxarış akta və protokola əlavə olunmadığından, akt və protokola edilmiş həmin qeydlərin həqiqiliyi şübhə doğurur. Bundan əlavə monitorinq aktının və protokolun tərtibi zamanı maddi hüquq normaları da pozulmuşdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi məsələlələri tənzimlənir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. «Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamədə» qeyd olunmuşdur: Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatdığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: - stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; - səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; Göründüyü kimi atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulmuş səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulmuşdur. Lakin iş materiallarında görünür ki, monitorinqi aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti həmin qaydalara əməl etməyərək cəmi bir dəfə yoxlama aparmış və onun əsasında akt və protokol tərtib olunmuşdur. Həmçinin kollektiv müraciətdə digər restoranlarla yanaşı “Sonala Sonası” restoranına da nəzarət edilməsi xahişi edilsə də həmin restoranla bağlı vətəndaşların narahatlıqlarının əsaslı olub olmaması yoxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İlqar Seyidovun ifadəsində qeyd etdikləri iş materialları ilə öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş bacasından tüstü çıxan foto şəkillərin nə zaman və kim tərəfindən çəkildiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan foto şəkillərindən 1 ədədinin (restoranın nümayəndəsi daxil olmaqla 4 nəfər kişi cinsinə məxsus olan şəxsin olduğu) üzərində çəkilmə vaxtı və saatı göstərilsə də ehtimal edilən pozuntu faktını təsdiq edən əsas foto şəkillərin hansı tarix və saatda çəkilməsi üzərlərində qeyd edilməmişdir. Bir şəkildə vaxtın dəqiq qeyd edilməsi, digərlərində isə olmaması protokol tərtib edilən tarixdə həqiqətən restoranın damından qatı toz dumanın çıxması halının mövcudluğu əsaslı şübhə altında qoyur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində tərtib olunan protokol əsassızdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver