Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5013/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X3 iştirakı ilə, X3 Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X6 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və X7 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırmışdır ki, X8 Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. **-CP-*** dövlət nömrə nişanlı “FORD FUSİON minik” markalı nəqliyyat vasitəsi X4 məxsusdur və inzibati xəta törədildiyi vaxt onun tərəfindən idarə olunmuşdur. Belə olan halda, inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarın X8 barəsində çıxarılması qanunsuzdur. Bundan başqa, inzibati xəta xüsusi texniki vasitə ilə xx.xx.2024-cü ildə saat 17:49-da qeydə alınsa da, X7 protokol xx.xx.2024-cü il tarixdə, qərar isə xx.xx.2024-cü ildə qəbul edilmişdir. Halbuki, 24 saat ərzində qeyd olunan protokol və qərar elektron kabinetdə yerləşdirilməli idi. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməsi, Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və X7 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Bakı şəhər DYPİ-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməklə, X7 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər DYPİ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X7 Protokoldan görünür ki, Bakı şəhər DYPİ inspektoru polis kapitanı X1 tərəfindən “Ford Fusion minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə X7 protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 17:49-da Xətai rayonu N.Rəfiyev küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Ford Fusion minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bililib 150 (yüz əlli) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 17:49-da Xətai rayonu N.Rəfiyev küçəsində həmin avtomobili 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-4069/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər DYPİ-in TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarı ləğv edilmiş, X7 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər DYPİ-yə göndərilmişdir. TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Ford Fusion minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bililib 150 (yüz əlli) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 17:49-da Xətai rayonu N.Rəfiyev küçəsində həmin avtomobili 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Bununla bağlı şikayət verən bildirir ki, inzibati məsuliyyətə cəlb edilmiş X8 qardaşıdır və uzun müddətdir ki, xarici ölkədə yaşayır. xx.xx.2024-cü ildə saat 17:49-da avtomobili X8 deyil, özü idarə etmişdir. “Ford Fusion minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Əli Dəmirovun bu barədə bildirdikləri Bakı şəhər DYPİ-yə ünvanladığı çoxsaylı ərizələrində və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 4069/2024 nömrəli qərarında da qeyd olunmuşdur. Buna baxmayaraq X7 işə yenidən baxan səlahiyyətli orqan buna diqqət yetirməmiş, inzibati xətanı kimin törətdiyini araşdırmayaraq, inzibati tənbeh vermə haqqında qərarı təkrarən nəqliyyat vasitəsindən istifadə etmə hüquqları ilə bağlı son dəfə etibarnamə verilmiş şəxs - X8 barəsində çıxarmışdır. Halbuki, sözügedən nəqliyyat vasitəsini X8 yox, avtomobilin mülkiyyətçisi də idarə edə bilərdi. Odur ki, məhkəmə şikayətin həmin dəlillərilə razılaşır və onları əsaslı hesab edir. Bundan başqa, işin təsvir olunmuş hallarından mübahisəsiz qaydada görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü ildə saat 17:49-da törədilmiş, İXP ******* nömrəli X7 Protokol isə xx.xx.2024-cü ildə tərtib edilmişdir. Eyni zamanda X7 İXP ******* nömrəli protokolda inzibati xətanın hansı qaydada aşkar edilməsi barədə məlumatlar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X7 protokol tərtib edilir. 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, X7 protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 122-ci maddəsinə görə İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmənin sorğusuna əsasən verilmiş foto və video materiallardan görünür ki, sözügedən inzibati xəta avtomobil yolunun kənarındakı foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Həmin texniki vasitə İXM-in 81-ci maddəsində nəzərdə tutulmuş xüsusi texniki vasitə hesab olunduğu halda, səlahiyyətli orqan tərəfindən İXM-in 122-ci maddəsində göstərilmiş icraatın aparılması qaydası pozulmuşdur ki, bu pozuntu X7 iş üzrə icraatı rədd edən hal hesab olunur. Çünki, İXM-in 53.1 və 53.1.11-ci maddələrinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sözügedən inzibati xətanın aşkar edildiyi texniki vasitə İXM-in 81-ci maddəsində nəzərdə tutulmuş xüsusi texniki vasitə hesab edilmədiyi, habelə şikayət verən Əjdər Dəmirovun dəfələrlə DYPİ-yə həmin inzibati xətaya görə çağırıldığı halda İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X7 Protokolun inzibati xətanın törədilməsindən 20 gün sonra tərtib edilməsinin səbəblərinə yeni qərarda aydınlıq gətirilməli idi. Çünki, Əjdər Dəmirov ilk dəfə məhkəməyə şikayət verərkən həmin halları mübahisələndirmişdi. Odur ki, məhkəmə şikayətin həmin dəlillərini də əsaslı hesab edir və qeyd edir ki, bu hallar inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X7 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X7 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X7 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək, X7 iş şikayət verən X3 iştirakı ilə yenidən baxılmaq üçün göndərilməlidir. Şikayətin X7 iş üzrə icraata xitam verilməsi hissəsilə bağlı məhkəmə qeyd edir ki, X7 iş səlahiyyətli orqanda əlavə araşdırma aparılması tələb etdiyindən X7 iş üzrə icraata xitam verilməsi indiki halda mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 20 avqust 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin, X7 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər DYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5013/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5013/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver