Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5015/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəmdə 150 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan məhkəməyə şikayət etdiyim üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətim təmin edilmiş və DYPŞ-nin qərarı ləğv edilərək yenidən araşdırılması üçün göndərilmişdir. Lakin Binəqədi DYPŞ tərəfindən əlavə heç bir araşdırma aparılmadan, sübutlar tədqiq edilmədən təkrarən xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ilə AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəmdə 150 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi olmadığı halda barəsində 150 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar qanunsuzdur. Belə ki, qərarda qeyd edilən nişanlama xətlərinin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən ona güya yol nişanlarının tələblərini pozması ona bildirlmişdir. Lakin o, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nişan xətlərinin tələblərini pozmamışdır. Odur ki, Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Şəfiqə Əfəndizadə küçəsində hərəkətdə olarkən yol nişanlarının tələblərini pozmamışdır. Həmin küçədə yol nişanlarının olmadığını, eləcə də qadağanedici yol nişanlarının yolda olmamasını, yolun üstündə ümumiyyətlə xətlərin olmadığını qeyd etmişdir. Həmin yolun videogörüntüsünü çəkdiyini qeyd edərək videonu məhkəməyə baxılması üçün təqdim etmişdir. Bu işlə bağlı bir dəfə məhkəməyə şikayət etdiyini, məhkəmə tərəfindən şikayətinin təmin edilərək inzibati qərarın ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edildiyini bildirmişdir. Lakin inzibato orqan tərəfindən hər hansı araşdırma aparılmadan, onu araşdırmaya dəvət etmədən və qayda pozuntusu barədə iona hər hansı məlumat vermədən təkrarən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Bu səbəbdən əməlində AR İXMnin 327.4-cü maddəsinin tərkibinin olmadığını qeyd edərək məhkəmədən barəsində Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 18:31-də Şəfiqə Əfəndizadə küçəsi 95 ünvanında idarə etdiyi “KİA Ceed” minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “1.1, 1.3 və 1.11” üfüqi nişanlama xətlərinin tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 2403/2024 saylı qərardan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işə yenidən baxılması üçün qərar Binəqədi RPİ-nin X5 Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 18:31-də Şəfiqə Əfəndizadə küçəsi 95 ünvanında idarə etdiyi “KİA Ceed” minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “1.1, 1.3 və 1.11” üfüqi nişanlama xətlərinin tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclası zamanı Şəfiqə Əfəndizadə küçəsindən çəkilmiş videogörüntülərin əks edildiyi CD-yə baxış keçirilmişdir. Videogörüntüdə Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yol nişanlarının olmadığı eləcə də yolda nişanlama xətlərinin mövcud olmadığı müəyyən edilir. Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Hazırki iş üzrə isə səlahiyyətli orqanın nümayəndəsi qeyd olunan inzibati xətanın sözügedən tarixdə X2 tərəfindən törədilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xx.xx.2024-cü il tarixdə X2 tərəfindən törədilməsi göstərilsə də, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamış, məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, qərarda qeyd edilən Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yol nişanlarının olmadığı eləcə də yolda nişanlama xətlərinin mövcud olmadığı müəyyən edilmiş, bununla da qeyd olunan inzibati xətanın sonuncu tərəfindən törədilməsi təkzib olunmuşdur. Belə olan halda X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Odur ki, X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata X1 təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXMnin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5015/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5015/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver