Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5015/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs direktoru X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 70384 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 70384 dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 iyun 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs 70384 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricə köçürmüşdür və 2 il müddət keçsə də, malların idxalını təsdiq edəcək gömrük bəyannaməsini banka təqdim etməmişdir. Nəticədə hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən hüquqi şəxsin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqi şəxsin adına olan bəyannamələr sistemdə mövcuddur. Lakin həmin bəyannamələrin hansının xx.xx.2023-cü il tarixli ödənişlə bağlı olmasını müəyyən etmək mümkün deyildir. Hüquqi şəxsin nümayəndəsi isə bu ödənişlə bağlı malların idxal edildiyini konkret bəyannamənin təqdim etməmişdir. Odur ki, indiki halda 70384 dolları məbləğində vəsait hesabına alınan malların Şəxs tərəfindən idxal edilməsi təsdiq olunmur. Məhkəmə iclasında Şəxs direktoru X2 bildirmişdir ki, o, son dövrlər dərin psixoloji sarsıntı keçirmiş, yaşadığı psixoloji çöküntü səbəbi ilə heç bir işlə məşğul olmamışdır. İndiki halda xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricə köçürmüş 70384 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, həmin mallar idxal olunmuşdur. Hazırda sənədi təqdim edə bilmir, bununla bağlı mühasib taparaq araşdırmağı həvalə edəcəkdir. Hazırda cərimə tənbeh tədbiri tətbiq olunmasına etiraz etmir. Malların idxal olunmasını müəyyən etmək üçün ona təqribən 1 həftə müddət lazımdır. Bundan sonra malların idxalını təsdiqini taparsa, tərəfindən apellyasiya şikayəti veriləcəkdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların idxal etdiyi bəyannamələrlə bağlı çoxsaylı gömrük bəyannamələri mövcuddur. Təqribən 170000 ABŞ dolları vəsaitləri isə Çin Xalq Respublikasında mənimsənilmişdir, bununla bağlı bəzi orqanlara müraciətləri olmuşdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 70384 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs 70384 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixli, HANAV 06/01 nömrəli müqaviləyə əsasən “X4 X5 Trade CO., LTD” şirkətinin hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixli, HANAV 06/01 nömrəli müqavilədən görünür ki, “X4 X5 Trade CO., LTD” şirkəti və Şəxs arasında müqavilə bağlanmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, belə hesab edir ki, Şəxs İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Şəxs MMCnin 70384 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İşdə olan bank sənədlərindən görünür ki, Şəxs MMC "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 70384 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara, yəni Çin Xalq Respublikasında fəaliyyət göstərən “X4 X5 Trade CO., LTD” şirkətinin hesabına köçürmüş və həmin həmin əməliyyatın aparılmasına əsas həmin tərəflər əsasında imzalanmış, xx.xx.2023-cü il tarixli, HANAV 06/01 nömrəli müqavilə olmuşdur. Göründüyü kimi həmin müqavilədə Şəxs MMC alıcı, “X4 X5 Trade CO., LTD” şirkəti satıcı qismində çıxış etmiş, lakin pulun köçürülməsindən iki il müddət keçməsinə baxmayaraq, mallar Azərbaycan Respublikasına idxal olunmamış, habelə qabaqcadan ödəniş edilməklə köçürülmüş pullar geri qaytarılmamışdır. Məhkəmə hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında qeyd edilən xüsusatları inzibati məsuliyyəti istisna edən hallar hesab etmir. Belə ki, nümayəndənin məhkəmə iclasında bildirdiklərinə görə, o, psixoloji vəziyyətinə görə işlərlə məşğul ola bilməmiş, həmin malların idxal olunduğunu hesab etdiyini, lakin hazırki halda müvafiq gömrük bəyannaməsini təqdim edə bilmədiyini söyləmişdir. Qeyd edilməsi zəruridir ki, Şəxs ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim etməli idi. Lakin "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən idxalı təsdiq edən sənədlər banka təqdim edilməmiş, o cümlədən ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, "xxxx" MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 70384 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin qalan hissəsinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin xx.xx.2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq etmək məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs “Şəxs 70384 ABŞ məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin 70384 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən, valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 70384 (yetmiş min üç yüz səksən dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 14076,8 (on dörd min yetmiş altı ABŞ dolları, 80 sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5015/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5015/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver