Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5016/2024 02.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də şikayətə İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərardan çıxarışı əlavə etmişdir. Həmin çıxarışla isə işə mahiyyəti üzrə baxıb tamamlamaq mümkün deyldir. Çünki şikayətdə mübahisləndirilən qərarla şikayətə əlavə edilmiş qərarlar arasında uyğunluq müəyyən edilməmişdir. Bundan başqa X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 verdiyi şikayət ərizəsi natamam olduğundan, işə mahiyyəti üzrə baxıb tamamlamaq mümkün olmadığından şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5016/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5016/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver