Məhkəmə qərarları › İş №3(001)-5017/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5017/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5017/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29045255 nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29045255 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Birincisi ona görə ki, şikayətə baxılmasının məhz Binəqədi Rayon Məhkəməsinə aidiyyətinin müəyyən edilməməsidir. Belə ki, şikayət verən şikayətin təsviri hissəsində öz yaşayış yerini göstərməmiş, şikayətə yaşayış yerini təsdiq edən hər hansı sübut əlavə etməməklə yanaşı, şikayətə məhz yaşadığı yer üzrə baxılması barədə vəsatət də təqdim etməmişdir. Məhkəmə öz növbəsində X1 şəxsiyyətini müəyyənləşdirmək və onun yaşayış yerini aydınlaşdırmaq üçün Elektron Məhkəmə İnformasiya Sisteminə sorğu ünvanlasa da, göstərilən vətəndaş barədə hər hansı identifikasiya məlumatları aşkar edə bilməmişdir. İkincisi, inzibati xətanın törədildiyi yeri də təsdiqedici sübutlarla müəyyən etmək mümkün olmamışdır. Çünki, şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir, bu da qərarın hüquqi mahiyyətinin dəqiqləşdirilməsini istisna edir. Qeyd olunanları ümumiləşdirsək, yuxarıdakı əsaslara görə hazırki şikayət geri qaytarılmalı və şikayət verənə izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla və zəruri sənədləri şikayətinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29045255 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İzah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla və zəruri sənədləri şikayətə əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Hakim Elçin Ağayev “Düzdür”: Hakim: Elçin Ağaye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar