Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5018/2023 23.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı hərbi şəhərciyi ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyündən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 19 noyabr 2023-cü ildə saat 14:30-da Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Hyundai Accent minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydasını pozub “Renault” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun qayda pozuntusu nəticəsində zərər çəkmiş şəxsə maddi zərər dəymişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X2 tərəfindən 23 noyabr 2023-cü il tarixli, İXP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 19 noyabr 2023-cü ildə saat 14:30da Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Hyundai Accent minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydasını pozub “Renault” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun qayda pozuntusu nəticəsində zərər çəkmiş şəxsə maddi zərər dəymişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində 23 noyabr 2023-cü il tarixli, İXP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 19 noyabr 2023-cü ildə saat 14:30-da Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Hyundai Accent minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr etmə qaydasını pozub “Renault” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun qayda pozuntusu nəticəsində zərər çəkmiş şəxsə maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 noyabr 2023-cü il tarixli, İXP seriyalı № ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün inspektoru polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-in WEB Portalından çıxarışdan görünür ki, Şəxs “Hyundai Accent minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası İXM-in: 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. 332.4-ci maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu, döyüşlərdə yaralanaraq əlillik dərəcəsi aldığın, ilk dəfə bu xarakterli inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5018/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5018/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver