Məhkəmə qərarları › İş №3(001)-5029/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5029/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5029/2024 02.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş X1 protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi RPİ-in xx.xx.2024-cü il tarixli müşayiətedici məktubu ilə Şəxs Azərbaycan Respublikasının İXMin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li X1 Protokol daxil olmuşdur. X1 protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, olduğu halda zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və yaşadığı yerin ünvanı X1 protokolda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə görə olduğu halda zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı X1 protokolda göstərilməlidir. Bundan başqa, olduğu halda zərərçəkmiş şəxsin izahatı alınmamış, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışıb-barışmadığı aydınlaşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş X1 iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bundan əlavə, X1 protokol barəsində inzibati icraat aparılan şəxs tərəfindən imzalanmamış, o protokolu imzalamaqdan imtina etmişdisə, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa, İnzibati qaydada tutma haqqında protokolun tərtib edildiyi tarixlə barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxsin tutulduğu tarix arasında fərqlilik vardır. Belə ki, İnzibati qaydada tutma haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də, barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxsin xx.xx.2024-cü ildə tutulduğu göstərilmişdir. Halbuki, barəsində X1 iş üzrə icraat aparılan fiziki şəxsin protokol tərtib edildikdən 1 gün sonra tutulması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin... 106.0-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:.. 106.0.3. X1 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;. 109.1-ci maddəsinə görə X1 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:..109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 106, 109-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li X1 Protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-yə geri qaytarılsın. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar