Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5029/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin polis sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Füzuli rayonunda doğulmuş, evli – himayəsində 3 uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində X1 təhqir etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində Şəxs özünün idarə etdiyi “Chevrolet” markalı, 90UC916 dövlət qeydiyyat nişanlı avtomobillə 10GN203 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, sürücü X1 təhqir etmiş, hədə qorxu gəlmişdir. Sonuncu bu barədə şikayətlə müraciət etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Binəqədi rayonu Azadlıq prospektində hərəkətdə olarkən qarşıdakı avtomobil manevr qaydasını pozduğu üçün hər ikisi avtomobilləri saxlamış, o, xanım sürücünün avtomobilinə yaxınlaşıb pəncərəsini endirməyini bildirmişdir. Xanım sürücüyə yaxınlaşmaqda məqsədi onun etdiyi pozuntunu izah etmək olmuşdur. Lakin aralarında mübahisə baş vermiş, hər ikisi əsəbi olduğundan fikirlərini çatdıra bilməmişlər. Xanıma irad bildirməkdən başqa hər hansı kobudluq etməmişdir. Sonra tanımadığı başqa bir sürücü onlara yaxınlaşıb sakitləşdirərək ayırmışdır. Əməlindən peşmandır, gərək sakitliyini qoruyardı. Himayəsində 3 uşağının olmasını, səmimi peşmançılığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs Mehdi, Əfsər və Zəhra adlı 3 uşağı var. Məhkəmə Şəxs səmimi peşmançılığını, himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs səmimi peşmançılığını və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs təyin ediləcək inzibati tənbehin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 75 (yetmiş beş) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5029/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5029/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver