Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5031/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.2004-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı bağlarında yaşayaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, axşam saat 23.00 radələrinlə Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağ massivi ünvanda yaşayan – zərərçəkmiş X6 məxsus velosipedi oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 450 manat dəyərində maddi ziyan vurmaqla xırda talamaya yol vermişdir. Bu əməlləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis mayoru X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, axşam saat 23.00 radələrinlə Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağ massivi ünvanda yaşayan – zərərçəkmiş X6 məxsus velosipedi oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 450 manat dəyərində maddi ziyan vurmaqla xırda talamaya yol vermişdir.Qeyd edilən fakt Şəxs öz izahatı ilə də təsdiq edilir.Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X2 təmsil etdiyi şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu, onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, onun müdafiəçisinin çıxışını və zərərçəkmiş şəxsi dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin təhqiqatçısı, polis polkovnik–leytenantı Əjdər Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsini, səmimi peşmançılığı, il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, lakin vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində minimum həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, axşam saat 23.00 radələrinlə Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağ massivi ünvanda yaşayan – zərərçəkmiş X6 məxsus velosipedi oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 450 manat dəyərində maddi ziyan vurmaqla xırda talamaya yol vermişdir. Həmçinin, məhkəmə hesab edir ki, 3(001)-5031/2024 saylı inzibati işi üzrə müdafiəçi X2 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx"ASCnin Binəqədi filialına (kod-200156,VÖEN- **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmanın əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Binəqədi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə həvalə edilsin. 3(001)-5031/2024 saylı inzibati işi üzrə müdafiəçi X2 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod - 200156, VÖEN – ********** , m /hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB***************** ***,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-5031/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5031/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver