Məhkəmə qərarları › İş №3(001)-5031/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5031/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5031/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, **-DE-*** dövlət qeydiyyat nişanlı, “BMW 528 Xİ MİNİK” markalı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olarkən Binəqədi RPİ-nin DYPŞ-nin **- YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtopatrulundakı əməkdaşlar tərəfindən avtomobili saxlanılmışdır. Saxlanılma səbəbini soruşduqda avtomobilində konstruksiya dəyişikliyi olduğu ona bildirilmişdir. O, avtomobilində heç bir konstruksiya dəyişikliyi olmadığını, iddia etdikləri dəyişikliyin müəyyən edilməsi üçün də avtomobilin cərimə meydançasına aparılmasına etiraz etmədiyini bildirdikdə polis əməkdaşları onun qanunun tələblərinə məhəl qoymadığını bəhanə edərək onu Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinə aparmışdırlar. Həmin vaxt avtomobili isə saxladığı yerdə, yolun kənarında qalmışdır. O, şöbəyə gətiriləndən sonra bilmişdir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunmuş və 150 manat məbləğində cərimə edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarda qeyd edilmişdir ki, guya o 24 iyun 2025-ci il tarixdə, saat 19:12-də Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində **-DE-*** dövlət qeydiyyat nişanlı, “BMW 528 Xİ MİNİK” markalı avtomobili idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblə pozulmaqla avadanlığın dəyişdirilməsi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarəetmə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklər edilməsindən ibarət inzibati xətanı törətmişdir. Bununla bağlı bildirmişdir ki, qeyd etdiyi avtomobili 10 iyul 2025-ci il tarixdə "xxxx" MMC-nin BMW servisində yoxlatmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sport amortizatorlar və speyselər quraşdırılmış halda oxlar üzrə kütlənin bölünməsi, təkərlərarası baza, təkər bucaqlarının ölçüləri norma daxilindədir. Qeyd olunanlara əsasən Binəqədi DYPŞ-nin əməkdaşı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, TP ******* saylı qərraın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək əlavə etmişdir ki, qərarı iyun ayının sonları əldə etmiş, əldə etdikdən dərhal sonra da şikayt ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Polis əməkdaşı onu avtomobili qanunsuz idarə etməsi səbəbilə saxladıqda avtomobili 4 ildir ki, idarə etdiyini bildirmişdir. Hər hansısa bir xəta da varsa, cərimə yazılmasına razılığını vermişdir. Lakin, polis əməkdaşları cəriməni yalnız 48 saat sonra yaza biləcəklərini deyərək onu post patrul vasitəsilə Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinə aparmış, avtomobil isə həmin yerdə qalmışdır. 15 saat şöbədə qalıb çıxdıqdan sonra cərimə qərarına baxmış, hadisədən 15 dəqiqə sonra yazıldığını görmüşdür. Daha sonra onu Baş Dövlət Yol Polis İdarəsində avtomobili servisə apararaq sənəd almasını və məhkəməyə müraciət etməsini məsləhət etmişdir. Qeyd edilənləri nəzərə alaraq çikayətinin təminedilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Binəqədi rayon X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Binəqədi rayon X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 AR İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 manat miqdarında inzibati cərimə edilmişdir. "xxxx" MMM (BMW servisi) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, X4 WBAXH5C51DD110420 ban nömrəli, 99DE300 dövlət qeydiyyat nişanlı BMW 528İ XDRİVE A model nəqliyyat vasitəsini müayinədən keçirmiş və müayinə zamanı həmin nəqliyyat vasitəsinin sport amortizatorlar və speyserlər quraşdırılmış halda oxlar üzrə kütlənin bölünməsi, təkərlərarası baza, təkər (təkər düsturunun) bucaqlarının ölçüləri norma daxilində olması müəyyən edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Binəqədi rayon X9 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* seriyalı qərarla X3 BMW 528 Xİ minik markalı 99 DE300 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edərkən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və və dəyişdirilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə İXM-nin 342.2 və 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan qeyd edilən pozuntların müəyyən edilməsi üçün nəqliyyat vasitəsinin müayinədən keçirilməsi və ya ekspertiza təyin edilməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, qeyd edilən pozuntular vizual müşahidə ilə deyil, avtomobil xüsusi ixtisaslaşdırılmış servislərdə müayinə edilməklə və ya ekspertiza təyin edilməklə müəyyən edilə bilər. Bundan başqa qərarda İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrinin dizpozisiyasında göstərilənlər olduğu kimi köçürülmüş, X1 olaraq hansı pozuntuya yol verdiyi göstərilməmiş və hər hansı əsaslandırma aparılmamışdır. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 isə "xxxx" MMM (BMW servisi) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müayinə aktını məhkəməyə təqdim etmişdir. Həmin müayinə aktındadan da WBAXH5C51DD110420 ban nömrəli, 99DE300 dövlət qeydiyyat nişanlı BMW 528İ XDRİVE A model nəqliyyat vasitəsinin quraşdırılmış sport amortizatorlar və speyserlər quraşdırılmış halda oxlar üzrə kütlənin bölünməsi, təkərlərarası baza, təkər (təkər düsturunun) bucaqlarının ölçülərinin norma daxilində olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən isə X3 İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman nəqliyyat vasitəsini ixtisaslaşdırılmış servisdə müayinədən keçirilməli, zəruri olduğu halda iş üzrə ekspertiza təyin edilməli, onun əməlində inzibati xəta tərkibinin olub-olmaması müəyyən edilməli, yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar