Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5033/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X3 və onun vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, müdafiə etdiyi şəxs Türkiyə Respublikasının vətəndaşı Bayraktar Yaşar dəfələrlə Bakı şəhərinə bir neçə günlük qonaq gəlib-getmişdir.xx.xx.2019cu il tarixdə onu Dövlət Miqrasiya Xidmətinə dəvət etmişlər.Xidmətin əməkdaşları ona Azərbaycan Respublikasından deport olunduğunu bildirərək, bunun səbəblərini izah etmədən onu qanunsuz həbs etmişlər.Tutulduğu andan ona müdafiəçi təyin olunmamış və tutulmanın səbəbləri barədə ona məlumat verilməmişdir.Həmin gündən o, 3 gün ərzində Xidmətin müvəqqəti saxlama yerində saxlandıqdan sonra Azərbaycan Respublikasından çıxarılmışdır.Sonradan məlum olmuşdur ki, onun barəsində Azərbaycan Respublikası Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar əsasında İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilməklə 30 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 4 il ərzində məhdudlaşdırılması qərara alınmışdır.Ona bir sənədə imza etdirilmiş, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol təqdim edilmiş, lakin barəsində verilmiş qərar rəsmi qaydada təqdim edilməmişdir.Qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmişlər. Bayraktar Yaşara təqdim edilmiş inzibati xəta haqqında protokolla Dövlət Miqrasiya Xidmətindən əldə edilmiş protokol arasında ziddiyyətlər vardır.Belə ki, Bayraktar Yaşara təqdim edilmiş protokolda onun tərəfindən heç bir imza qeyd olunmamışdır. X10 Xidmətindən əldə edilmiş protokolda onun imzaları mövcuddur.Türkiyə Respublikasının vətəndaşı olan Bayraktar Yaşar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar tamamilə qanunsuz və əsassızdır.Belə ki, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 575.1.4-cü maddəsi ilə tövsifini əsaslandırmalıdır.Protokolu tərtib edən şəxs isə inzibati xətalar qanunvericiliyinin tələbinə zidd olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədildiyi yerin, vaxtın və bu xətanın mahiyyətinin təsviri üçün nəzərdə tutulan bölməsinə yalnız “şəxsin Azərbaycan Respublikasında iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması”nı qeyd etmiş, həmin bölmədə inzibati xətanın hansı müəssisədə, idarədə, təşkilatda, hansı fəaliyyətlə məşğul olması barədə faktiki olaraq heç bir məlumat əks etdirməmişdir. Qanunun tələblərindən göründüyü kimi, həmin inzibati xətaya ancaq iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması vacibdir.Lakin sorğu əsasında Dövlət Vergi Xidmətindən əldə olunmuş məlumata əsasən Azərbaycan Respublikasında heç bir əmək fəaliyyəti, hətta sahibkarlıq fəaliyyəti ilə də məşğul olmamış və buna görə də heç bir haqq almamışdır.Bundan başqa, sorğu əsasında X7 Xidməti tərəfindən əldə edilmiş məlumata əsasən Türkiyə Respublikasının vətəndaşı Bayraktar Yaşarın adına “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsi bildirişi mövcud deyildir.O, Azərbaycana ancaq bir neçə günlük qonaq gəlib-getmişdir.Bu səbəbdən də onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün heç bir qeydiyyatı da olmamışdır. Bayraktar Yaşar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati qanunvericiliyin tələbləri və normaları pozulmaqla tərtib edilmişdir. Qanunazidd qaydada tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qanunsuz, əsassız və ədalətsiz qərar qəbul edilmişdir.Bayraktar Yaşar barəsində aparılan inzibati xəta haqqında işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır.Azərbaycan Respublikasından Türkiyə Respublikasına göndərildikdən sonra öz iradəsindən asılı olmayan səbəblərdən barəsində qəbul edilmiş qərarı əldə edə bilməmiş, ondan şikayət vermək imkanı olmamışdır.Həmçinin, onun qərardan şikayət verilməsi üçün özünə Azərbaycan Respublikasında müdafiəçi tutmaq, onunla hər hansı formada müqavilə bağlamaq imkanı da olmamışdır.Bununla da, inzibati qərardan şikayət vermək hüququndan istifadə etməmişdir. O, yalnız 2023-cü ilin oktyabr ayında Bakı şəhərinə gələ bilmiş, bu səbəbdən sözügedən qərardan şikayət vermək qərarına gəlmişdir. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv olunması və inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X5 və onun vəkili Vəkil şikayət ərizəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv olunması və inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.Həmçinin qeyd etdilər ki, Türkiyə Respublikasının vətəndaşı Bayraktar Yaşarın Azərbaycan Respublikasında dostları vardır, o, buraya işləməyə deyil, dostlarını görməyə gəlmişdir, bu səbəbdən də inzibati xəta haqqında protokolu və onun əsasında tərtib olunmuş qərarı əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək izahatında bildirmişdir ki, Bayraktar Yaşar ölkə ərazisində qeydiyyatsız yaşadığından onun barəsində qanuni əsaslarla inzibati protokol tərtib olunmuşdur və buna görə də, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi.Belə ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1959-cu il təvəllüdlü Bayraktar Yaşarın ölkədə olma, yaşama qaydalarına əməl etməsi xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi tərəfindən araşdırılmışdır.Araşdırma zamanı əcnəbinin iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması – sürücü işləməsi müəyyən edilmiş və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək ölkə hüdudlarından kənara çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş və Azərbaycan Respublikasına gəlmək hüququ 4 il müddətinə məhdudlaşdırılmışdır.Əcnəbi qərarı həmin tarixdə şəxsən imzalayaraq rəsmi qaydada almış və o qərarı xx.xx.2019-cu il tarixdə sərhəd buraxılış məntəqəsinə təqdim etməklə ölkə sərhədlərini tərk etmişdir.Şikayəti əsassız hesab edirlər.Belə ki, birincisi Şəxs barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şəxsən ona təqdim edilmişdir. Təqdim olunmayacağı təqdirdə onun ölkə sərhədlərindən çıxışı qeyri-mümkün olardı. Eyni zamanda, şikayətdə əcnəbiyə inzibati xəta haqqında protokolun verildiyi bildirilmişdir. Əcnəbiyə protokolun verilib, qərarın verilməməsi kimi arqumentin irəli sürülməsi məntiqdən kənar ifadələrdir.İkincisi, X9 Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirləndirilməsinə gəldikdə isə onun DMX-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli izahatında Azərbaycan Respublikasına işləmək üçün gəldiyi, həmin vaxtdan "xxxx" MMC-yə məxsus Dərnəgül qəsəbəsində yerləşən beton zavodunda işlədiyini, iş saatlarının səhər saat 09.00-dan 18.00-dək olduğu və aylıq 800 manat əmək haqqı aldığını bildirmişdir.Üçüncüsü, Şikayətçinin bildirdiyinin əksinə, DMX-nin inzibati xəta haqqında protokolda şəxsin sürücü işlədiyi qeyd olunmuşdur.Dördüncüsü, Şəxs sözügedən qərardan inzibati orqana və ya məhkəmə orqanlarına qanunvericilikdə müəyyən edilmiş müddətdə şikayət verməmişdir.Şikayətçi onun gəlmək hüququnun 4 il müddətinə məhdudlaşdırılması səbəbindən müvafiq qaydada şikayət verilmədiyini bildirsə də, faktiki olaraq şəxs istər DMX-nin, istərsə də sonuncu yaşadığı-qeydiyyata alındığı yer üzrə məhkəmə orqanına elektron qaydada şikayətini təqdim edə və ya Vəkillər Kollegiyasının vəkili ilə əlaqə saxlayaraq etibarnamə təqdim edə bilərdi.Beşincisi, Şəxs qeyd edilən qərardan İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada verildiyi 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməmişdir. Şikayətçinin vəkili X6 Dövlət Miqrasiya Xidmətinə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-37/1-B-94xxxx/2023 nömrəli müraciətində əcnəbi barəsində qəbul edilmiş ******* nömrəli qərarın əcnəbiyə təqdim edilməməsi barədə qeydlər aparılmamış, həmçinin sözügedən qərarda yer alan ifadələri (şəxs barəsində tətbiq edilən sanksiyanı) olduğu kimi qeyd etmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, həmin qərar əcnəbiyə təqdim olunmuş və əcnəbi qərarla razılaşaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə inzibati orqana və ya məhkəməyə şikayətlər müraciət etməmişdir.Bir halda ki, əcnəbiyə ölkə ərazisini tərk etmək üçün 30 gün müddət verilmişdir. Şəxsin ölkə ərazisinə girişinə qoyulmuş məhdudiyyət xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Şəxsin özü məhdudiyyətin ləğvindən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Hazırki şikayət isə xx.xx.2023-cü il tarixdə tərtib edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.Göründüyü kimi, şəxs istənilən halda 10 gün ərzində şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, Bayraktar Yaşar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə uyğun olaraq, 400 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Bayraktar Yaşarın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi xx.xx.2019-cu il tarixli yazılı izahatında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasına işləmək üçün gəlmiş, həmin vaxtdan "xxxx" MMC-yə məxsus Dərnəgül qəsəbəsində yerləşən beton zavodunda işləyir, iş saatlarının səhər saat 09.00-dan 18.00dəkdir və aylıq 800 manat əmək haqqı alır. İş materiallarınada olan fərda qaydada fəaliyyət göstərən vəkil X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, vəkil Bayraktar Yaşar oğlu barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın surətin əldə etmək üçün rəsmi qaydada müraciət etmişdir. İş materiallarında olan X2 haqqında cədvəldən görünür ki, Bayraktar Yaşar xx.xx.2019-cu il tarixdə (Qırmızı Körpü DSBM) Azərbaycan Respublikasından Gürcüstan Respublikasına çıxış, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasından (X8 Aeroportunda DSBM) giriş, xx.xx.2019-cu il tarixdə (Qırmızı Körpü DSBM) Azərbaycan Respublikasından Gürcüstan Respublikasına çıxış, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasından (X8 Aeroportunda DSBM) giriş, xx.xx.2019-cu il tarixdə (Qırmızı Körpü DSBM) Azərbaycan Respublikasından Gürcüstan Respublikasına çıxış, xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasından (X8 Aeroportunda DSBM) giriş, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasından (X8 Aeroportunda DSBM) çıxış, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından (X1 DSBM) giriş, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından (X8 Aeroportunda DSBM) giriş və xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından (X8 Aeroportunda DSBM) çıxış etmişdir. İş materiallarında olan U07400018 saylı pasport nömrəli, ******* saylı məhdudiyytər nömrəli Bayraktar Yaşarın ölkəyə giriş məhdudiyyətinin yoxlanması haqqında məlumatdan görünür ki, İAMAS məlumatlarına əsasən onun ölkəyə giriş məhdudiyyəti xx.xx.2019-cu il tarixdə qoyulmuş, məhdudiyyət xx.xx.2023-cü il tarixdə götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərara əsasən Bayraktar Yaşar oğlu 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. AR Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. İş materiallarında olan Bayraktar Yaşarın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi xx.xx.2019-cu il tarixli yazılı izahatında bunun əksinə Azərbaycan Respublikasına işləməyə gəldiyini yazlı formada etiraf etməsi onun təqsirli olmasını göstərir. Belə olan halda, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-5033/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5033/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver