Məhkəmə qərarları › İş №3(001)-5034/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5034/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5034/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X12 iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətininin Bakı şəhəri İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 AZN (bir min manat) məbləğində inzibati cərimə edilmişdir. Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X17 Xidmətininin Bakı şəhəri İdarəsinin 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi rəhbər tutularaq, "xxxx" MMC-nin keçmiş əməkdaşı X8 27 avqust 2021-ci il tarixli 1516 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Ç/93-22 nömrəli əmr ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 (bir) il müddət keçdikdən sonra X4 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə müraciət edərək son haqq-hesab zamanı məzuniyyət pulunun verilmədiyini bildirmişdir. Şikayətə baxan X17 Xidmətinin Bakı şəhər idarəsi 20 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X3 haqq-hesabı işdən çıxdığı gün tam şəkildə ödənilmişdir. Belə ki, X10 həyata keçirilmiş əmək haqqlarına və digər ödəmələrə dair son haqq-hesab sənədində qeyd edildiyi kimi, X10 faktiki işdə olmadığı müddətlər üçün də əmək haqqı ödənilmişdir. Buna baxmayaraq, İnzibati orqan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək X5 inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1 -ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Bundan əlavə inzibati orqan iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə edildiyi, lakin əmək haqqına əlavələrin hesablanıb ödənilməməsi səbəbinə görə X6 barəsində inzibati protokolu tərtib edən zaman mötəbər sübutlara əsaslanmamışdır. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar 20 oktyabr 2023-cü il tarixində qəbul edilmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Səlahiyyətli orqan isə əməldə inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda həmin Məcəllənin 192.4-cü maddəsinə əsaslanaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X18 şikayət ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. X2 haqqhesabı işdən çıxdığı gün tam şəkildə ödənilmişdir. Son haqq-hesab sənədində X7 faktiki işdə olmadığı müddətlər üçün də əmək haqqının ödənildiyi göstərilmişdir. Buna baxmayaraq X6 barəsində İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gəlinərək onun haqqında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, bu qərarın qəbul olunması İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına və həmin məcəllənin 12.1ci maddəsində qeyd olunan inzibati xəta anlayışına ziddir. xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İXM-nin 38.1-ci maddəsinin birinci cümləsində “üç” sözü “dörd” ilə əvəz edilmişdir, ikinci cümləsində “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” sözləri, “qanunvericiliyin” sözündən sonra “əmək qanunvericiliyinin” sözləri əlavə edilmişdir. xx.xx.2023-cü il tarixində İXM-nin 192.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixində qəbul edilmişdir, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmədən X6 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasından iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə Ç/93-22 nömrəli əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2022-ci il iyul ayı üzrə iş vaxtının uçotu tabelindən görünür ki, həmin ay üzrə iş günlərinin sayı 24 gün, iş saatlarının sayı isə 159 saat təşkil etmişdir. X9 faktiki iş günləri 18 gün, faktiki iş saatları isə 121 saat olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2022-ci il avqust ayı üzrə iş vaxtının uçotu tabelindən görünür ki, həmin ay üzrə iş günlərinin sayı 27 gün, iş saatlarının sayı isə 181 saat təşkil etmişdir. X9 faktiki iş günləri 13 gün, faktiki iş saatları isə 85 saat olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2022-ci il avqust ayı üçün son haqq-hesabın hesablanılması cədvəlindən görünür ki, X11 ödənilməli məbləğ 281.61 manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə 281.61 AZN son haqq-hesab ödənilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəfləri dinləyərək hesab edir ki, X5 şikayəti təmin edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ondan ötrü tərtib edilmişdir ki, X9 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyi lakin əmək haqqına əlavələrin hesablanıb ödənilmədiyi məlum olmuşdur. Lakin məhkəmə araşdırması zamanı X9 iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmiş, protokolu tərtib edən orqana dəfələrlə bununla bağlı sübutların təqdim edilməsi barədə bildirişlər göndərilsə də, səlahiyyətli orqan məhkəməyə hər hansı sübut təqdim etməmiş, habelə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə o nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 38.1-ci maddəsinin tələbindən aydın şəkildə görünür ki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. X6 tərəfindən törədilməsi istinad edilən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta da əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən normalardandır. Halbuki, səlahiyyətli orqan tərəfindən İXM-nin 38-ci maddəsinin tələbləri gözlənilməmişdir. X1 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilmiş olsa idi belə, onun barəsində inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilərdi. X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi nəzərə alındıqda sonuncuya iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ən geci xx.xx.2022-ci il tarixdə ödənilməli idi. Belə olan halda həmin tarixdən ən geci 1 il keçənədək, yəni xx.xx.2023-cü il tarixədək İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh verilə bilərdi. Amma səlahiyyətli orqan tərəfindən X6 barəsində inzibati tənbeh xx.xx.2023-cü il tarixdə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 əməlində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi və bunu təsdiq edən mötəbər sübutlar olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.X6 tərəfindən verilmiş şikayət təmin edilsin. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 3.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar