Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5035/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 “texniki baxışdan keçməməyə görə yazılmış cərimənin ləğv olunması” barədə şikayətinin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 “texniki baxışdan keçməməyə görə yazılmış cərimənin ləğv olunması” barədə şikayəti daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətdə inzibati xəta haqqında iş üzrə qərarın tarixi, nömrəsi, kimin barəsində çıxarıldığı göstərilməmiş, inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilməmişdir. Halbuki, inzibati tənbeh vermə haqqında qərar əsasında yazılmış cərimə qanunsuz olduğu halda həmin qərardan şikayət verilməsi yolu ilə ləğv edilə bilər. X2 isə qərardan şikayət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 “texniki baxışdan keçməməyə görə yazılmış cərimənin ləğv olunması” barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 “texniki baxışdan keçməməyə görə yazılmış cərimənin ləğv olunması” barədə şikayəti geri qaytarılsın. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5035/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5035/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver