Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5044/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında icra məmuru X4 izahat verərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-406/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 10700 manat və dövlət rüsumu olaraq ödənilmiş 123 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmış və Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Bundan başqa Ağdam Rayon Məhkəməsinin 2(013)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 8955.91 manat əsas kredit borcu, 712.7 manat faiz borcu və 57.86 manat cərimə borcu olmaqla ümumilikdə 9726.47 manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 115.68 manat və 0.40 manat bank xidməti haqqı Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə də icraata başlanmış və tələbin könüllü icrası barədə Şəxs bildiriş təqdim edilmişdir. Göstərilən 2 icra sənədi üzrə Şəxs ümumilikdə 20000 manatdan artıq borcu vardır. Buna baxmayaraq Şəxs icra sənədləri üzrə hazırki tarixədək hər hansı məbləğdə ödəniş etməmişdir. Odur ki, Şəxs icra şöbəsinə dəvət edilmiş və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədlərindən təxminən 7-8 ay əvvəl xəbərdar olmuşdur. Lakin həmin tarixdən hazırki tarixədək icra sənədləri üzrə hər hansı bir ödəniş etməmişdir. Çünki hər hansı bir yerdə çalışmadığından ödəniş etmək iqtidarında olmamışdır. Ona verilmiş suallara cavab olaraq isə işə düzəlmək və işsiz kimi qeydiyyata alınmaq üçün məşğulluq mərkəzinə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şəxs qərəzli olaraq məhkəmə qərarını icra etmir. Belə ki, Şəxs daha əvvəl baş tutmuş məhkəmədə də daş sexində işlədiyini, borcunu ödəyəcəyini bildirmişdir. Lakin həmin tarixdən ödəniş etməmişdir. Hətta anası xəstə olan zaman Şəxs zəng edərək borcdan cəmi 200-300 AZN istəmişdir. Bildirmişdir ki, anasının xəstəliyi ilə bağlı pula ehtiyacı var, başqa ağız aça biləcəyi hər hansı bir tanışı yoxdur. Lakin Şəxs həmin vaxt da ona pul ödəməmiş, hadisədən xeyli keçdikdən, anası artıq dünyasını dəyişdikdən sonra Şəxs ona zəng edərək kartını atmasını və 50 AZN pul atacağını bildirmişdir. Aralarında olan borc belə yaranmışdır ki, o, iran sobalarının satışı ilə məşğul olur, etibarı olduğundan malları alaraq Şəxs vermiş, lakin Şəxs həmin malları malların alış dəyərindən 20 manat aşağı qiymətə digər şəxslərə sataraq onun pulunu qaytarmamışdır. Malları aldığı şəxslərin pulunu özünə məxsus nəqliyyat vasitəsini sataraq ödəmişdir. Buna baxmayaraq hələ də həmin şəxslərə olan borc tam şəkildə ödənilməmişdir. Şəxs isə ona olan borcu qərəzli şəkildə ödəmir. Ona görə də qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 2(013)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 8955.91 manat əsas kredit borcu, 712.7 manat faiz borcu və 57.86 manat cərimə borcu olmaqla ümumilikdə 9726.47 manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 115.68 manat və 0.40 manat bank xidməti haqqı Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs qərarın və bildirişin surətini qəbul etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-406/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 10700 manat və dövlət rüsumu olaraq ödənilmiş 123 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-406/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs qərarın və bildirişin surətini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və Ağdam Rayon Məhkəməsinin 2(013)-406/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs icra sənədlərindən müvafiq olaraq xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə xəbərdar olmuş, lakin həmin tarixdən icra sənədləri üzrə hər hansı bir ödəniş etməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5044/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5044/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver