Məhkəmə qərarları › İş №3(001)-5062/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5062/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5062/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, inzibati cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona Bakı şəhəri DYP əməkdaşı Elnur Nərimanov zəng edərək şəhər yol polis idarəsinə dəvət etmişdir. Səbəb soruşduqda polis əməkdaşı ona inzibati xəta törətdiyini bildirmişdir. O isə elektron qərar göndərməsini bildirmişdir. Qanunsuz ona İXP tərtib edib yazılma proseduru yalnış olduğundan 1 gün içində elektron qərar göndərilməli olduğunu bildirmişdir. Onu idarəyə dəvət etməsinin qanunsuz olmasını nəzərə alıb cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, inzibati xəta törətməsi halını inkar etmir və həqiqətən inzibati xəta törətmişdir. Lakin barəsində qəbul edilmiş qərarın qanunsuz olaraq qəbul edilmişdir. Barəsində 1 gün müddətində elektron qərar qəbul edilməli olduğu halda o, 26 oktyabr 2023-cü il tarixdə polisə dəvət edilmiş və 08 noyabr 2023-cü il tarixdə barəsində qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş həmin qərar İXP seriyalı protokol əsasında çıxarılmışdır. Bütün bunlar onu göstərir ki, barəsində aparılmış icraat qanunsuzdur. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. X1 özü də məhkəmə iclasında inzibati xəta törətdiyini etiraf etmişdir. Bununla yanaşı inzibati xəta hadisəsini təsdiq edən görüntülər də mövcuddur. Bundan başqa, X4 barəsində aparılmış inzibati araşdırmanın qanunsuz olduğunu, onun barəsində elektron qərarın qəbul edilməsini bildirsə də, qeyd olunan qayda pozuntusu TŞ kameraları vasitəsilə aşkar edilmiş və həmin görüntülər əsasında inzibati xəta hadisəsi müəyyən edilərək şəxs barəsində inzibati icraat aparılmaqla tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Binəqədi Mehdiabad yolu ərazisində “Kia Pride” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nqliyyat vasitəsini idarə edərkən nişan xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan həmin hal Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi trəfindən məhkəmə təqdim edilmiş inzibati xəta hadisəsinin videogörüntüsü köçürülmüş disk və şikayət vermiş şəxsin izahatı ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi TŞ kameraları vasitəsilə aşkar olunsa da, inzibati xəta haqqında araşdırma polis əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və X2 əməlində inzibati xəta əlaməti aşkar edildiyindən barəsində haqlı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, X4 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar