Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5070/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X7 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 10:09-da Bakı şəhər DYPİ yol patrul xidməti ispektoru polis serjantı X4 idarə etdiyi VOLKSVAGEN JETTA minik markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və ona bildirmişdir ki, guya o, “X9” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələbini pozmuşdur. O, buna etiraz edərək Bakı şəhər DYPİ yol patrul xidməti ispektoru polis serjantı X1 bildirmişdir ki, o, “X9” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələbini pozmamışdır. Lakin buna baxmayaraq Bakı şəhər DYPİ yol patrul xidməti ispektoru polis serjantı X4 qərəzli şəkildə barəsində İXP ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat (3 bal) məbləğində cərimə olunmuşdur. Ona istinad olunan inzibati xətanı törətməmişdir. O, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsi (hərəkətdə olan avtomobil) olmadığı ərəfədə dairəyə daxil olaraq hərəkətini davam etdirmişdir. Eyni zamanda onu da qeyd etmişdir ki, həmin ərazidə yerləşən dairənin həcmi çox kiçikdir və həmin dairənin yerləşdiyi ərazidə DYPİ-ə məxsus təhlükəsizlik kameraları mövcuddur. O, həmin protokolla razı olmadığından qeyd olunan protokol baxılıb araşdırılması üçün yuxarı inzibati orqana göndərilmiş və iştirakı olmadan və xəbəri olmadan barəsində TP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Həmin qərardan Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və Məhkəmənin 3(001)-2233/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİnin TP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və işə yenidən baxılması üçün orqana göndərilmişdir. Qeyd olunan məhkəmə qərarı Bakı şəhər DYPİ-in əməkdaşı Elçin Ələkbərovun icraatına daxil olmuş və iştirakı olmadan və heç bir sübut olmadan əməkdaş tərəfindən formal olaraq barəsində yenidən ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki iştirakı ilə araşdırılması üçün Elçin Ələkbərovun yanında olmuş, dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Bakı şəhər DYPİ-in əməkdaşı Elçin Ələkbərov tərəfindən qəbul edilmiş qərara diqqət yetirdikdə "xətanın mövcudluğu əməkdaşın vizual formada aşkar etdiyindən" istinad edilməklə qərar qəbul etdiyi məlum olur. X5 Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Hesab edir ki, hadisə yerinin kamera görüntüsü Bakı şəhər DYPİ tərəfindən saxlanılmalı və kamera görüntülərinə baxmaqla barəmdə obyektiv qərar verilməli idi. Bundan başqa Elçin Ələkbərov tərəfindən formal olaraq qəbul edilmiş qərarda qanunvericiliyin normaları kobud şəkildə pozulmuş, yəni 1. "qərardan şikayət vermə müddəti səhv göstərilmiş", 2. "Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş inzibati xəta haqqında qərarın tarixi 05 oktyabr göstərilməklə səhv göstərilmiş'' və 3. "qərarın müəyyən edilir hissəsinin 6cı abzasında X2 tərəfindən inzibati xətanın törədildiyi və buna görə də məsuliyyət nəzərdə tutulduğu öz əksini tapmışdır". Ona görə də hesab edir ki, Bakı şəhər DYPİ-in əməkdaşı Elçin Ələkbərov tərəfindən qəbul edilmiş qərar qanunsuz və formal olduğundan ləğv olunmalı və iş İzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2233/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilərək, X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, xətanın mövcudluğu Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPX əməkdaşı X4 tərəfindən bilavasitə vizual formada aşkar edilmişdir. Beləliklə də X2 törətdiyi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi iİə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qadada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən və qərarın tərtibatında hadisə yeri və xətanı törətmiş şəxsin şəxsiyyəti ilə bağlı yalnışlıqlara yol verildiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli 3389673№-li qərarda qeyd olunmuşdur ki, X2 törətdiyi xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmasını nəzərə alaraq qərara alınmışdır ki, fiziki şəxs X7 İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilsin. Qərardan görünür ki, hazırki işə heç bir adiyyəti olmayan X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta törətmişdir. Həmin şəxsin qeyd olunan işə hansı adiyyətinin olub-olmaması qərardan müəyyən etmək olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadıqda iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5070/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5070/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver