Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5070/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində yaşayır. 13 iyun 2025-ci il tarixdə özünə məxsus ** BR *** dövlət qeydiyyat nişanlı, “X4 (HİBRİD) minik” markalı maşını ilə Alı Mustafayev küçəsiylə hərəkət edərkən yol polisi əməkdaşları tərəfindən 100 manat məbləğində cərimələnmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu ona təqdim etmiş, lakin pozuntu barəsində heç bir izahat və əsaslandırma verilməmişdir. Eyni zamanda inzibati tənbehvərmə haqqında qərar qəbul olunarkən onun iştirakı təmin edilməmişdir. Nəticədə onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahatında bildirmişdir ki, ona məxsus avtomobil səlahiyyətli orqanın nümayəndəsi tərəfindən saxlanılmış, özünü təqdim etmədən təqdim etdiyi protokolu əsaslandırmamışdır. O, hərəkətdə olan zaman dönərkən heç bir nəqliyyat vasitəsinə maneə olmamışdır. Yol ayrıcından keçərkən heç bir qəza şəraiti törətməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş video görüntü nümayiş etdirilərək tədqiq edilərkən isə həmin video görüntüdə görünən ** BR *** dövlət qeydiyyat nişanlı, “X4 (HİBRİD) minik” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin özünün olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə iclasın təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 27926735 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş video görüntüyə baxış zamanı müəyyən edilir ki, ** BR *** dövlət qeydiyyat nişanlı, “X4 (HİBRİD) minik” markalı nəqliyyat vasitəsi ondan sağda baş yolda hərəkət edən digər nəqliyyat vasitələrinə yol vermədən yolayrıcına daxil olaraq sola doğru hərəkətini davam etrdirir, bundan sonra onun ardınca yol-patrul xidməti avtomobili həmin istiqamətdə hərəkət edir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 77-ci madddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə tədqiq edilmiş video-görüntüdə də videonun çəkildiyi istiqamətdən yolun sağ kənarında “2.1”, yəni baş yol nişanının qurulması görünür. Baş vermiş inzibati xəta hadisəsi zamanı isə ** BR *** dövlət qeydiyyat nişanlı, “X4 (HİBRİD) minik” markalı nəqliyyat vasitəsinin baş yolla hərəkət edən avtomobilin sürücüsünə yol verməyərək sonuncunun tormozlama etməsinə səbəb olmuş və öz hərəkətini davam etdirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, X2 idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı, “X4 (HİBRİD) minik” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, Bakı şəhəri, Səttar Bəhlulzadə, döngə 2, 82” ünvanında, saat 10:43-də baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol verməyək öz hərəkətini davam edərək “Yol hərəkəti haqqında” qanunun 77-ci madddəsinin İ bəndinin tələblərini pozmuş və bununla da İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5070/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5070/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver