Məhkəmə qərarları › İş №3(001)-5082/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5082/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5082/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, X2 X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-in direktoru X5 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 3000 (üç min) manat cərimə edilmişdir. Qərardan narazı qalan X5 məhkəməyə şikayət vermiş, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, inzibati xətanın predmeti iki şəxs - X8 və X6r. Adı çəkilən şəxslər üçün "xxxx" MMC olaraq əraziyə giriş icazəsi alınmış dövrdə X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işğaldan azad olunmuş ərazilərə daxil olmamış, tikinti ərazisinə gəlməmişlər. MMC olaraq ümumiyyətlə protokolda adı keçən şəxslərlə əmək müqaviləsi bağlanması öhdəlikləri yoxdur, çünki onlarla hər hansı əmək münasibətlərinin olacağına dair razılıq əldə edilməmişdir. X8 və X9 ərizə ilə müraciət edərək bildirmişlər ki, onlar "xxxx" MMC ilə heç bir əmək münasibətlərinə daxil olmamışlar. X7 Xidmətinin eyni məsələ ilə bağlı "xxxx" MMC barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında geri qaytarılmışdır. Qeyd olunanlara və şikayətdə göstərilən digər əsaslara əsasən şikayətin təmin edilməsini, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X7 Xidmətinə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN № ******* nömrəli 03 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin əmək müfəttişi X10 tərəfindən hüquqi şəxs "xxxx" MMC-in direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC vətəndaşlar X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri alsa da, həmin vətəndaşların əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair məlumat yoxdur. MN № ******* saylı 18 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-in direktoru X5 Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir ondan ötrü ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC vətəndaşlar X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri alsa da, həmin vətəndaşları əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3017/2024 nömrəli 12 avqust 2024cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin vətəndaşlar X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə tərtib edilmiş 03 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol geri qaytarılmışdır. Həmin qərardan həmçinin görünür ki, vətəndaş X9 məhkəmə iclasında şahid qismində dindirilmiş, izahatında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş təklifi ilə sonradan razı olmadığından "xxxx" MMC ilə əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. "xxxx" MMC ilə heç bir əmək münasibəti olmamış, Qarabağ ərazisinə ona deyilən dövrdə getməmişdir. X1 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, o, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş təklifi ilə sonradan razı olmadığından "xxxx" MMC ilə əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. "xxxx" MMC ilə heç bir əmək münasibəti olmamış, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına bəhs edilən dövrdə getməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-in direktoru X5 tərəfindən X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə edilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində adları qeyd olunan şəxslərlə bağlı iş icazəsinin alınmasına dair məlumatlar hüquqi şəxs "xxxx" MMC-in direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Başqa sözlə, qanunda məsuliyyət iş icazəsi alınmış şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulmuşdur. Bu mənada vətəndaşlar X3 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi sübut olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-in direktoru X5 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.1. inzibati xəta hadisəsi olmadıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X7 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X2 Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsilə 3000 (üç min) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar