Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5086/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) baş direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, materiallar baxılması üçün Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə göndərilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsində uçotda olduğu nəzərə alınaraq, prosessual qərar üzrə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə” Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarında 24-1-2-2/310-1226 34-İX saylı materialın araşdırılması zamanı vəzifəli şəxs "xxxx" MMC-nin (VÖEN: **********) baş direktoru-Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən 20,09.2023- xx.xx.2024-cü il tarixlərində əmək müqaviləsi ilə müəssisədə elektromontyor vəzifəsində işləmiş X1 əmək müqaviləsində aylıq əmək haqqını 345 manat göstərsə də, Şabəddin Məmmədova aylıq əlbəəl 600 manat əmək haqqı verməklə 6 ay üzrə ümumilikdə 1530 manat üzrə vergiləri ödəməkdən yayındırması faktı müəyyən olunmuş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinin tərkib əlamətlərinin olması əsas götürülməklə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, o cümlədən qəbul edilmiş qərar materiallarla birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmiş, cəmiyyət Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi uçotda olduğundan inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, Şabəddin Nurəddin oğlu əmək münasibətlərinə daxil olarkən müqavilə tərəfi olaraq "xxxx" MMC müəyyən edilmişdir. Qeyd olunan şəxsə ödənilmiş əmək haqqından dövlət büdcəsinə ödənilməli olan vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı vergi ödəyicisi kimi uçotda olan "xxxx" MMC tərəfindən hesablanmalı və Vergi Məcəlləsinin müddəalarına əsasən dövlət büdcəsinə ödənilməlidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə-inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi Binəqədi Rayon Prokurorluğunun 34-İX-24 nömrəli iş materialları ilə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərardad ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 1530 manatın 30 faizi miqdarında, yəni 459 (dörd yüz əlli doqquz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5086/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5086/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver