Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5087/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" MMC-in (AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 22, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş Bakı şəhəri Binəqədi rayon prokuroru F.Q.Məmmədovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 24 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o «REO-MED TİBB MƏRKƏZİ” MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək baş həkim vəzifəsində işlədiyi müddət ərzində X10 liposaksiya və lipofillinq əməliyyatı üçün ümumilikdə 1500 manat, X5 liposaksiya və lipofilliq əməliyyatı üçün 800 manat, X3 revizyon rinoplastika əməliyyatı üçün 1300 manat, X1 liposaksiya və lipofillinq əməliyyatı üçün 1200 manat, X4 abdominoplastika əməliyyatı üçün 3000 manat, X6 tam bədən şəkilləndirmə əməliyyatı üçün 4000 manat pul alaraq, pasiyentlərin heç birinə ödəniş sənədləri (qəbz, kassa çeki və sair) təqdim etmədən, ödənişlərin klinikanın kassasında edilməsinin qarşısını alaraq ümumilikdə 11800 manat, yəni az miqdarda vergiləri, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmış, bununlada Azərbaycan Respublikası İXM-in 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar toplanmış materiallarla birlikdə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İXM-in 460-cı maddəsində vəzifəli şəxsin inzibati məsuliyyəti müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar toplanmış materiallarla birlikdə hüquqi şəxs "xxxx" MMC-in məsuliyyət məsələsinə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxs "xxxx" MMC-in, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə hüquqi şəxs "xxxx" MMC-in, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X11 izahatından görünür ki, o, "xxxx" MMC-in direktoru vəzifəsində işləyir. Şəxs tanıyır. Şəxs klinikaya məşhur həkimləri cəlb edəcəyini vəd edərək gəlmişdir. Şəxs klinikada estetik əməliyyatlar aparması barədə məlumatı olmamışdır. “X21 Mərkəzi”ndə qeyd olunan əməliyyatların aparılmasına icazə olmamış, bununla bağlı vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. X12 izahatından görünür ki, o, 2024-cü ilin yanvar ayının sonlarında “Reo Med” klinikasına müraciət etmişdir. Sadiq həkim onu klinikanın 2-ci mərtəbəsində yerləşən otağında qəbul etmişdir. Həkimin otağında kök bədən quruluşlu yaşlı xanım və o, Sadiq həkimə qarın piylərini çıxarmasını və çıxarılan piyləri ayaqlarına və digər nahiyəsinə vurmasını bildirmişdir. Həkim ondan liposaksiya proseduru üçün 900 manat, lipofıllinq əməliyyatı etmək üçün isə 1500 manat pul istəmişdir. O, qan analizlərini verdikdən sonra 10 fevral 2024-cü il tarixdə liposaksiya, 13 fevral 2024-cü il tarixdə isə popofilling proseduru olunmuşdur. Ödədiyi pulu həkimə nagd vermiş, ona qəbz, kassa çeki təqdim edilməmişdir. X8 izahatından görünür ki, o, 2024-cü ilin yanvar ayında “Reo Med” Tibb Mərkəzinə müraciət etmişdir. Şəxs qarın nahiyəsindən piy götürməsini və sinə nahiyələrinə inyeksiya etməsini istəmişdir. Sadiq həkim 13 yanvar 2024-cü il tarixdə “Reo Med” Tibb Mərkəzinin 4-cü mərtəbəsində yerləşən əməliyyatxana otağında qarın nahiyəsinə liposaksiya və sinə nahiyəsinə dolğu proseduru etmişdir. Əməliyyat üçün Şəxs 800 manat pul vermiş, ödədiyi pulu həkimə nagd vermiş, ona qəbz, kassa çeki təqdim edilməmişdir. X2 izahatından görünür ki, o, 20 aprel 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində yerləşən "xxxx" tibb mərkəzinə müraciət etmişdir. O, Sadiq həkimə bədən şəkilləndirmə istədiyini bildirmişdir. Sadiq həkim onun bədənini müayinə edib liposaksiya olunacaq nahiyələri karandaşla işarələmişdir. Sadiq həkim əməliyyatı özünün edəcəyini demişdir. Elə həmin gün qan analizi verdikdən sonra Məleykə adlı xanım onu hazırlayıb əməliyyat otağına qaldırmışdır. O, əməliyyat olunduqdan sonra həmin gün axşam evə buraxılmışdır. Əməliyyat üçün Şəxs 1200 manat pul vermiş, ödədiyi pulu həkimə nagd vermiş, ona qəbz, kassa çeki təqdim edilməmişdir. X7 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə "xxxx" Tibb Mərkəzinə müraciət etmişdir. Sadiq həkim ona əməliyyatı həmin gün edəcəyini bildirmişdir. Klinikanın birinci mərtəbəsində tanımadığı bir xanım laborator şəraiti olmayan bir otaqda ondan qan nümunəsi götürmüşdür. Daha sonra bir nəfər xanım onu elə birinci mərtəbədə yerləşən əməliyyat otağına aparmışdır. Əməliyyatı ümumi narkozla aparıldığından o, heçnə xatırlamamışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 12:00-da əməliyyata girmişdir. Həmin gün axşam saat 21:00-da əməliyyatdan ayılmışdır. Əməliyyat üçün Şəxs 3000 manat pul vermiş, ödədiyi pulu həkimə nagd vermiş, ona qəbz, kassa çeki təqdim edilməmişdir. X9 izahatından görünür ki, o, artıq çəkidən əziyyət çəkdiyinə görə əməliyyat olunaraq arıqlamaq istəmişdir. 03 mart 2024-cü il tarixdə "xxxx" Tibb Mərkəzinə getmişdir. Şəxs onu klinikanın 2-ci mərtəbəsində yerləşən otağında qəbul etmişdir. Sadiq həkim əməliyyatı şəxsən özü icra edəcəyini, əməliyyatdan sonra klinikada qalacağı dörd gün ərzində mütəmadi sistemlər qoşulacağını, əməliyyatın ümumi xərcinin 4000 manat olduğunu bildirmişdir. 04 mart 2024-cü il tarixdə abdominoplastika əməliyyatı olunmuşdur. Əməliyyat üçün Şəxs 4000 manat pul vermiş, ödədiyi pulu həkimə nagd vermiş, ona qəbz, kassa çeki təqdim edilməmişdir. 15 yanvar 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Şəxs "xxxx" Tibb Mərkəzi MMC-in baş həkimi vəzifəsinə təyin edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, hüquqi şəxs "xxxx" MMC-də az miqdarda vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmışlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikası İXM-in 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti məhz hüquqi şəxsdir, ona görə də məhkəmə həmin maddədə vəzifəli şəxsin inzibati məsuliyyətinin müəyyən edilmədiyinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mövqeyi ilə razılaşır və hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında sözügedən inzibati xətaya görə hüquqi şəxs "xxxx" MMC-in məsuliyyət məsələsinə baxılmalıdır. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.4. bu Məcəllənin 18.2.1- 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizi məbləğdə, yəni 3540 (üç min beş yüz qırx) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5087/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5087/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver