Məhkəmə qərarları › İş №3(001)-5097/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5097/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5097/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “Kia Rio” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs və X1 alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Borclu tərəfindən icra sənədi könüllü icra olunmamış və borclu şöbəyə dəvət olunaraq hüquq və vəzifələri izah olunmuş və izahatı alınmışdır. Avtomobil təqdim edilmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “Kia Rio” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs və X1 alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. “Kia Rio” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə satdığından avtomobil onda deyil. Avtomobilin harada olmasına dair məlumatı yoxdur. Neçə illərdir ki, avtomobili axtarsa da, tapa bilməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “Kia Rio” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs və X1 alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi verildiyi vaxtdan altı ildən artıq vaxt keçsə də, borclu icra sənədini icra etməmişdir. Tələbkar kimi əmlak mənafelərinin müdafiəsi üçün borclunun tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, “Kia Rio” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs və X1 alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Binəqədi rayon məhkəməsinin 2(001)- 7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icrası üçün xəbərdarlıq edilmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, avtomobilin borcluda olduğunu, lakin qəsdən təqdim etmədiyini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi rayon məhkəməsinin 2(001)-7338/2017 saylı xx.xx.2017ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar