Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5098/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, "xxxx" Şirkətində kuryer işləyən, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərov küçəsi, ev 160, mənzil 10 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində YPX əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş əməkdaş məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində YPX əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də polis əməkdaşları bu barədə raport tərtib etmiş və bölməyə təqdim etmişlər. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Azadlıq prospektində əks yola çıxmış, svetaforun qırmızı işığında dayandıqda polis tərəfindən idarə edilən nəqliyyat vasitəsi onun idarə etdiyi motosikletin qarşısında saxladılmış və poli əməkdaşı açarı qıraraqbnmotosikletdən çıxartmışdır. Polis əməkdaşı ilə mübahisə etmiş, 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəməyə verdiyi izahatında şəxsin əməlində inzibati xəta tərkibi olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru baş polis serjantı X5 ifadəsində bildirmişdir ki, Azadlıq prospektində hərəkətdə olarkən qoşa xətti kəsərək yolun əks istiqmətinə çıxan Şəxs müəyyən edərək arxasıyca getmiş və svetaforun qırmızı işığında digər nəqliyyat vasitələri ilə birlikdə polis əməkdaşı X6 nəqliyyat vasitəsini boş əraziyə yolun sağ tərəfinə sürərək həmin inzibati xətanı törətmiş vətəndaşın idarə etdiyi motosikletin qarşı tərəfində saxlamışdır. Bu zaman Şəxs yaxınlaşaraq özünü təqdim etmiş, vətəndaş aqressiv formada qışqıraraq, ətrafdakı insanlaı öz ətrafına toplamağa çalışaraq, səs tonu ilə nümayişkarcasına çıxış edərək “Mən oğruyam,xuliqanam, terrorçuyam ki belə saxlayırsız?Kişi kimi saxlayar adam.Əccəb eləmişəm, yaxşı eləmişəm əks yola çıxmışam” məzmunlu aqressiv formalı çıxışlar etmişdir. O Şəxs yol hərəkəti haqqında mövcud qanunvericiliuin tələblərini pozduğunu qeyd etsə də Şəxs buna əhəmiyyət verməmiş, “inzibati xəta törətmişəmsə protokolumu yaz” deyə sərt formada irad bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru polis polkovnik-leytenantı X6 ifadəsində bildirmişdir ki, Azadlıq prospektində hərəkətdə olarkən qoşa xətti kəsərək yolun əks istiqmətinə çıxan Şəxs müəyyən edərək arxasıyca getmiş və irəlidən təxminən 8-9 nəqliyyat vasitəsi olduğu üçün svetaforun qırmızı işığında yolun sağ tərəfinə sürərək həmin inzibati xətanı törətmiş vətəndaşın idarə etdiyi motosikletin qarşı tərəfində saxlamışdır. Bu zaman polis əməkdaşı X9 İsmayılova yaxınlaşaraq özünü təqdim etmiş, vətəndaş aqressiv formada qışqıraraq, ətrafdakı insanlaı öz ətrafına toplamağa çalışaraq, səs tonu ilə nümayişkarcasına çıxış edərək “Mən oğruyam, xuliqanam, terrorçuyam ki belə saxlayırsız?Kişi kimi saxlayar adam.Əccəb eləmişəm, yaxşı eləmişəm əks yola çıxmışam” məzmunlu aqressiv formalı çıxışlar etmişdir. Həmin vaxt mübahisə olduğunu görüb nəqliyyat vasitəsindən düşmüş və vətəndaşa yaxınlaşıb məsələni öyrənməyə çalışdıqda “Sən saxla. Mənim işim sənlə deyil!” deyərək qışqırmağa və ətrafdakı insanların diqqətini özünə cəlb etməyə çalışmışdır. Nə yaşına, nə polis formasına hörmət etmədiyini, polisin ünvanına nalayiq ifadələr işlətdiyini üeyd etmişdir. Məhkəmədə tətqiq edilən 1 ədəd CD dioskə baxış keçirilən zaman iş üzrə şahidlərin dediyi məsələlərin baş verməsi öz təsdiqini tapmışır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə İXM-in 510-cu maddəsinə əsasən təqsiri sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri sübuta yetirilmir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli AZA 000545 saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il, saat 19:00-da tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətməsini nəzərə alaraq İXM-nin 510-cu maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Şəxs əməlində zərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata həmin hissədə xitam verilsin. Həbsetmənin əvvəli xx.xx.2023-ci il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərdiyi 03 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5098/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5098/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver